Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ETTELAT yas mərasimində əməliyyat keçirdi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > ETTELAT yas mərasimində əməliyyat keçirdi.

ETTELAT yas mərasimində əməliyyat keçirdi.


İran rejimi 15 azərbaycanlını həbs etdi

Xoy şəhərində Cəfərzadə ailəsinin vəfatının birinci ildönümü mərasimində 15 nəfərdən çox azərbaycanlı fəal tutulub. Artıq həbs olunanları kimliyi müəyyənləşib. Onların sırasında hərəkat lideri Abbas Lisani başda olmaqla Əsgər Əkbərzadə, Rəhim Qulami, Siyamək Mirzayi, Rridun Ağazadə, Meysəm Azadi, Behnam Nurməhəmmədi (həyat yoldaşı ilə birlikdə), Həmid Qurbanəlizadə, Kiyanuş Tohidi, Həsən Fəthi, Əmir Babayi, Səid İbrahimzadə, Fridun Azadi var. Məlumata görə, dünən Xoy şəhərinin Biləvar kəndində keçirilən ildönümü mərasiminə bir neçə gün qalmış, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və digər təhlükəsizlik qüvvələri kəndin giriş yollarını şiddətlə kontrola alıb və gəlib-gedənləri yoxlayırmışlar.

Yuxarıda adlarını çəkdiyimiz azərbaycanlı fəallar kəndə daxil olarkən tutuqlanıb. Bütün təzyiqlərə baxmayaraq, mərasim təntənəli şəkildə qeyd olunub və mərasim iştirakçıları qəbiristanlıqdan qayıdarkən Azərbaycanın milli marşını oxuyub və milli şüarlar səsləndiriblər. Aksiya keçirdiyi zaman iştirakçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların yaşandığı da bildirilir.

Qeyd edək ki, İbrahim Cəfərzadə, həyat yoldaşı Mina Kəhrubayi azyaşlı övladları Ayla ilə birlikdə 2011-ci il sentyabrın 26-da (1390-cı il mehrin 4-də) Xoy şəhəri yaxınlığında bir şübhəli yol qəzası nəticəsində dünyalarını dəyişdilər. Onların dəfn mərasimində 10-larla azərbaycanlı milli-mədəni fəal yaxalanıb və mühakimə olundular.

Yazı çapa hazırlanarkən öyrəndik ki, həbs edilən 15 nəfərdən ikisi barəsində mülki vəsiqə qərarı çıxarılıb. Behnam Nurməhəmmədi və həyat yoldaşı Leyli Behzad 30 milyon tümənlik mülki vəsiqə qərarı ilə Xoy şəhərinin zindanına göndərilib. Digər məhbusların taleyindən xəbər yoxdur.

Xəbər xidməti

Geri dön