Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Latviyada COVID-19 virusuna daha 6 yoluxma halı qeydə alınıb
Latviyada COVID-19 virusuna daha 6 yoluxma halı qeydə alınıb |
Latviyanın Böhran Vəziyyətlərində İdarəetmə Şurası yaz tətilindən sonra məktəblərdə iki həftəlik karantinin tətbiqini təklif edib.
Bu barədə Latviya Səhiyyə naziri İlze Vinkele öz “Twitter” hesabında yazıb. O, həmçinin martın 16-dan etibarən Latviya Böhran Vəziyyətlərində İdarəetmə Şurasının iclasında ali təhsil müəssisələrində və məktəbəqədər müəssisələrdə bütün əyani təhsilin müvəqqəti dayandırılmasını təklif edəcəyini bildirib. Nazirin yazısına əsasən, kütləvi tədbirləri maksimum 500 nəfərədək məhdudlaşdırmaq nəzərdə tutulur. Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi son 24 saat ərzində COVID-19 şübhəsi ilə bağlı 41 qan analizi götürüb. Götürülən analizlərdən 6-nın nəticəsi müsbət çıxıb. Ümumilikdə 332 nəfər müayinə edilib. Latviyada bugünədək COVID-19 virusuna yoluxma halı cəmi 16 nəfərdə qeydə alınıb. Geri dön |