Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər

Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 18-23, arabir 25-30 metr/saniyə olacağı, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Departamentdən bildiriblər ki, martın 16-sı axşamdan və martın 19-dək fasilələrlə havanın yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu bu dövr ərzində 5-8° enərək 7-10° isti olacaq.

Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı ehtimal edilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarından başlayaraq martın 14-dən etibarən hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Qərb küləyinin sürəti arabir 15-20, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə 30-35 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti martın ikinci ongünlüyünün sonunadək davam edəcək.

Geri dön