Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Seymur Həsənli: “Azərbaycan xalqı müxtəlif birləşmələr, ayrılmalar, bloklar yaratmaq vasitəsilə o qədər aldadılıb ki...”
Seymur Həsənli: “Azərbaycan xalqı müxtəlif birləşmələr, ayrılmalar, bloklar yaratmaq vasitəsilə o qədər aldadılıb ki...” |
“Əksər siyasi qüvvələrin öz müxalifət funksiyasında qalması üçün mübarizə apardığının şahidi olarıq.”
“Müxalifət birləşsə belə, şansımızı artıq əldən vermişik”. Bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu 2013-cü il prezident seçkirləri ilə bağlı son prosesləri şərh edərkən bildirib. ADP sədri müxalifəti passiv fəaliyyət göstərməkdə günahlandıraraq, müsbət nəticələrin əldə edilməyəcəyini vurğulayıb. Sizcə, müxalifət aktivlik göstərsə, mövcud vəziyyyətdə 2013 seçkilərində qalib gələ bilərmi? Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli bildirib ki, partiyası 2013-cü il Prezident seçkilərinə öz namizədi ilə qatılacaq. “Hər hansı bir blok və ya fraksiyada iştirak edəsi deyilik və bu bizim yekdil qərarımızdır. Son iyirmi ildə Azərbaycan xalqı müxtəlif birləşmələr, ayrılmalar, bloklar yaratmaq vasitəsilə o qədər aldadılıb ki, artıq insanlar siyasətdən kənar olmağı daha məqbul bilirlər. Sərdar bəyin səsləndirdiyi fikirlər nə qədər acı olsa da, bir həqiqətdir. Son iyirmi ilin Azərbaycan siyasi səhnəsinə nəzər salsaq, əksər siyasi qüvvələrin öz müxalifət funksiyasında qalması üçün mübarizə apardığının şahidi olarıq. Digər müxalifət qüvvəsinə qarşı qara piar kompaniyası, tənqidi fikrə qarşı dözümsüzlük, rəqibini hər vasitə ilə aşağılamaq siyasəti özünü müxalifət kimi təqdim edən AXCP və Musavatın əsas prinsipial xətti olub. Məhz bunun nəticəsidir ki, bu partiyalar müxalifətdə qalıb “hakimiyyətin müxalifəti” rolunu səmərəli şəkildə həyata keçirə biliblər və ildən-ilə zəifləyib artıq sosial bazasız quruma çevriliblər. Hətta adını çəkdiyim iki qurum arasında bir-birinə qarşı o qədər nifrət toxumu səpilib ki, ayrı-ayrı üzvlər düşmən münasibət göstərməkdən çəkinmirlər. Bir-birinin yanında olmaları hansısa xarici qüvvənin istəyinin nəticəsidir. Əli Kərimli öz cəbhədaşları ilə, Musavat 2005-ci ildə öz qrupu ilə parlament kreslosunda oturanda hər şey demokratik olur, amma Fərəc Quliyev və digər müxalifət liderləri oturanda antidemokratik? Bu düşüncə ilə Azərbaycana demokratiya gətirəcəklərini, onun gömrük məntəqəsində saxlandığını vəd edənlərin birləşməsi sıfırın üstünə sıfır gəlməyə bənzəyir. Nəticə dəyişməzdir. Sərdar bəy bu kimi qüvvələrin birləşməsindən bəhs edirsə, yanılır.” Oktay/”Cəmiyyət” qəzeti Geri dön |