Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ

GÜNEY XƏBƏRLƏRİ


Ankaranın Bilkent Universitetində Urmu gölünün ekoloji böhranı barədə konfrans keçirildi.

Ankaranın Bilkent Universitetində Urmu gölünün ekoloji böhranı barədə konfrans keçirilib. Bu konfransda GÜNASKAM (Güney Azerbaycan sosyo-kültürəl araştırma mərkəzi) əməkdaşları və digər Türkiyədə yaşayan milli fəallar çıxış ediblər. Bu çıxışda Güney Azerbaycan türklərinin tarixi haqqında və İran dövlətinin onlara qarşı apardığı faşist siyasətlərlə bağlı iştirakçılara açıqlamalar verilib. Fəallar Urmu gölünün qurumasına səbəb olan nədənləri açıqlayıblar. Konfransda Bilkent Univresitetinin rəhbərliyi,məliim heyyəti və 100 nəfərdən artıq tələbə iştirak edib.


İran hökuməti Urmiya gölünün xilası üçün 420 milyon dollar vəsait ayırıb

İran hökuməti Urmiya gölünün qurumasının qarşısının alınması məqsədilə 420 milyon dollar həcmində vəsait ayırıb.
İranın “Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə İran parlamentinin üzvü Məhəmməd Rza Hacı-Əsgəri bildirib. Onun sözlərinə görə, gölün qurmasının qarşısının alınması üçün artıq müvafiq plan da hazırdır.
Qeyd edək ki, Urmiya gölünün sürətlə quruması İran azərbaycanlıları arasında kütləvi etirazlara səbəb olub. Ehtimal olunur ki, gölün quruması həm ciddi ekoloji fəsadlar yarada, həm də kənd təsərrüfatından dolanan yerli əhalinin bu bölgədən kütləvi mühacirətinə səbəb ola bilər.


İranda prezidentin istefasına hazırlıq

İran prezidenti Mahmud Əhmədinejada yaxın iki nazirin də «zərərsizləşdirilməsi» planlaşdırılır (tərhi tökülür).
İranın “Saderat” bankından oğurlanmış 3 milyard dollarla bağlı məsələ başa çatmamış yeni qalmaqal meydana çıxıb. İranın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, ölkə parlamenti prezident Mahmud Əhmədinejad tərəfindən təyin edilmiş iki nazirin - energetika naziri Məcid Namcu və iqtisadiyyat naziri Şəmsəddin Hüseyninin istefasına çalışır. Buna səbəb oğurlanmış pullardır. Deputatlar bu nazirləri fırıldaqçılıqda ittiham edirlər.
Parlament üzvləri energetika nazirinin məmur təyinatlarının vəzifəyə uyğun olmadığını əsas göstərib, mövcud qanunları pozduğunu bildiriblər. Deputatlar iqtisadiyyat nazirinə qarşı daha kəskin ittiham irəli sürüblər. O, dələduzluqda da ittiham olunur. Onlar Ş.Hüseyninin özəl şirkətlərə saxta sənədlər əsasında astronomik (nicumi) məbləğdə bank krediti (vam) ayırdığını bəyan ediblər.
İqtisadiyyat nazirinin istefası ilə bağlı müraciətdə o da vurğulanıb ki, Ş.Hüseyni bu addımı ali icra hakimiyyəti tərəfindən edilən təzyiqlər nəticəsində atıb. iddiaya görə, Prezident Administrasiyasının (nəhade riyasəte cümhuri) keçmiş başçısı, prezidentin qohumu, hazırda həbsdə olan Isfəndiyar Rəhim-Məşai nazirə bu məsələdə şirnikləndirici təkliflər edib.
Bu qalmaqal prezident M.Əhmədinejadın əleyhdarlarını ruhlandırıb. Başqa sözlə, hökumət başçısına qarşı yeni tənqidlərin başlayacağı istisna edilmir.
Ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bu istiqamətdə güclənən ehtirasları yatırmağa çalışaraq, rəsmi araşdırmanın nəticələrini gözləməyə çağırıb. Ancaq hələlik bankın işilə bağlı tədqiqatlar nəticə verməyib.


IRANDA BANK OĞURLUĞUNA GÖRƏ 31 NƏFƏR TUTULUB

İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei oktyabrın 24-də jurnalistlərə açıqlamasında bank oğurluğu ilə bağlı ifadə vermək üçün prokurorluğu çağırılanların 67 nəfərə çatdığını, 31 nəfərin isə tutulduğunu bəyan edib.
Ejei deyib ki, bəziləri bank oğurluğu ilə bağlı tutulanların iş prosesinə təsir göstərmək, onu başqa istiqamətə yönləndirmək üçün təzyiq edir: “Hazırda bu işi araşdıran məsullar təzyiqlərin qarşısında qərarlıdırlar. Allah qoysa, bu təzyiqlərə boyun əyməyəcək, onun təsiri altına düşməyəcəyik. Bank oğurluğu ilə bağlı indiyədək 67 nəfər prokurorluğa çağırılaraq dindirilib, 31 nəfər isə tutulub”.
Ejei bank oğurluğunda təqsirləndirilən İran Milli Bankının keçmiş icraçı direktoru Mahmudrza Xavərinin ölkəyə qayıtmasına ümid qalmadığını vurğulayıb: “Biz onun ölkəyə qayıtmamasından məyus olmuşuq. Qayıtmasa, İnterpol yolu ilə tutub ölkəyə qaytarmaq məcburiyyətində qalacağıq”.2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə ankdan 3 milyard dollar mənimsənib.
Sentyabrın 27-də İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.


Rəsul Rəzəvi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
Oktyabrın 25-də (abanın 3-də) azadlığa buraxılan azərbaycanlı fəal mülki vəsiqə qarşılığında azad edilib.
O, dekabrın 8-i (azərin 17-i) iş yerindən gələrkən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və Təbriz ETTELAATında sorğu-suala tutularkən ağır ruhi-psixoloji işgəncələrə məruz qalıb.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Yığıncaq zamanı, Təbrizin Azərbaycan Meydanında Urmu Gölü faciəsi ilə bağlı çıxış edib və Gölə tökülən çayların qarşısında tikilən səddlərin qaldırılmasını tələb etmişdir.


13 nəfər milli-mədəni fəalın məhkəmə iclası keçirilib

Oktyabrın 22-i Təbrizin İnqilab Məhkəməsində 13 nəfər tanınmış azərbaycanlı fəalın məhkəmə iclası keçirilib.
Hakim Dolətabadinin sədrli ilə keçirilən iclasda, azərbaycanlı fəallar özlərini onlara qarşı irəli sürülmüş ittihamla bağlı müdafiə edib və sualları cavablandırıblar. Təbriz İnqilab Məhkəməsinin müstəntiqi onları Azərbaycan Cümhuriyyətinə casusluqda suçlayıb.

Məhkəmə iclası keçirilən azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:

- Əkbər Azad
- Behbud Quluzadə
- Əlirza Əbdullahi
- Mahmud Fəzli
- Şəhram Radmehr
- Şükrullah Qəhrəmani
- Sona Fərəczadə
- Pınar Fərəczadə
- Həsən Rəhimi
- Heydər Kərimi
- Aydın Xacei
- Yunis Süleymani
- Nəim Əhmədi


Xatırladaq ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı fəallar milli-mədəni zəmindəki fəaliyyətlərinə görə, keçən il tutuqlanıb, müxtəlif ittihamlarla suçlanıb və aylarca təknəfərlik kameralarda (sellullarda) saxlanılmışdılar.

Geri dön