Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 170, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 70-120, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla onun 20-60 faizini təşkil edir.
Departamentdən bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 131 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 49 faizinə bərabərdir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 18 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 19 faizini təşkil edir. Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 78 faizini təşkil edir. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 9 santimetr azalaraq 310, Şirvan məntəqəsində 2 santimetr azalaraq 105, Salyan məntəqəsində 3 santimetr artaraq 29, Bankə məntəqəsində 12 santimetr artaraq 145, Araz çayının Novruzlu məntəqəsində isə dəyişməyərək 28 santimetr təşkil edib. Geri dön |