Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Ermənistanla yox, BMT ilə danışıqlar aparmağa çağırdı
Fərəc Quliyev Ermənistanla yox, BMT ilə danışıqlar aparmağa çağırdı |
«Azərbaycana qarşı törədilən təcavüz siyasəti beynəlxalq hüquqi məsuliyyət baxımından hələ də açıq qalır»
Milli Məclisin deputatı Fərəc Quliyevin parlamenin oktyabrın 1-də keçirilən payız sessiyasının ilk iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif irəli sürüb. O bildirib ki, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasəti beynəlxalq hüquqi məsuliyyət baxımından hələ də açıq qalır: «Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT Təhlükəsizlik Şurasına ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir. Respublikamızın BMT TŞ-nin qeyri-daimi üzvü olması, ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, hazırkı diplomatik şərait Ermənistanin törətdiyi təcavüz cinayətinə görə bu ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsaslar və imkanlar yaradır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir». Deputat hesab edir ki, ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin hec bir mənası yoxdur: «Əvvəla, ən yaxşı halda Ermənistanla danışıqların axırı Ter-Petrosyan dönəmindəki səviyyəyə gələr ki, belə vəziyyətdə də ermənilər sadəcə hakimiyyəti dəyişməklə yenidən sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Məqsəd isə təbii ki, indiki status-kvonu uzatmaqdır. İkincisi, “animus aggeressionis” deyilən bir yanaşma var. Yəni, dövlətin fəaliyyətində mövcud olan, əvvəlcədən düşünülmüş təcavüzkar niyyət. Bu, Ermənistanın «böyük Ermənistan» planının tərkib hissəsidir və onlarla danışmaq mənasızdır. Ona görə də Ermənistanla danışıqları davam etməyə cəhd etmədən Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT ilə danışıqlar aparmaq lazımdır. Bu proseduru başlatmaq üçün Milli Məclis ilk belə müraciəti- dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanin törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda sənədin müzakirəsini payız sesiyasında kecirməlidir». Elməddin MURADLI "Üç nöqtə" qəzeti. Geri dön |