Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda 13 yeni dövlət standartı təsdiq edilib
Azərbaycanda 13 yeni dövlət standartı təsdiq edilib |
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 13 yeni dövlət standartını təsdiq edib. Qurumdan verilən məlumata görə, bunlar AZS 594-2011 “Parçaların qüsurları. Termin və təriflər”, AZS 595-2011 “Konservləşdirilmiş döyülmüş ətin hazırlanması”, AZS 596-2011 “Qida boyaları. Termin və təriflər”, AZS 597-2011 “Makaron məmulatları. Termin və təriflər”, AZS 598-2011 “Pendirlər üçün ümumi standart”, AZS 600-2011 “Yerəbirləşdirmə və elektrik cərəyanı ilə zədələnmədən mühafizə”, AZS 601-2011 “Zərdab- pendirlər üçün standart”, AZS СТБ EN 1279-1-2011 “Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 1. Ümumi qaydalar, ölçülərin xətaları və sistemlərin təsvir qaydaları”, AZS СТБ EN 1279-2-2011 “Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 2. Davamlılıq üzrə sınaq üsulları və nəm çəkməyə dair tələblər”, AZS СТБ EN 1279-3-2011 “Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 3. Qazın itki surətinin təyin olunması üzrə uzunmüddətli sınaq üsulu və qazın konsentrasiyasının maksimal kənarlaşmasına dair tələblər”, AZS СТБ EN 1279-4-2011 “Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 4. Kontur sıxlaşmasının fiziki xassələrinin sınaq üsulları”, AZS СТБ EN 1279-5-2011 “Tikintidə istifadə edilən şüşə. Şüşə paketlər. Hissə 5. Uyğunluğun qiymətləndiriməsi” və AZS ГОСТ Р 51760-2011 “Polimer islehlakçı tarası. Ümumi texniki şərtlər” dövlət standartlarıdır.
AZS 594-2011 “Parçaların qüsurları. Termin və təriflər” standartı elm, texnika və istehsalatda tətbiq edilən, məişət təyinatlı təbii və kimyəvi liflərdən və saplardan hazırlanmış cod və hazır parçaların xarici qüsurlarına aid termin və tərifləri müəyyən edir. AZS 595-2011 (codex stan 98-1991) “Konservləşdirilmiş döyülmüş ətin hazırlanması” standartı istənilən yararlı materialın istifadəsi ilə qablaşdırılan “döyülmüş ət” adlandırılan məhsullara tətbiq edilir. AZS 596-2011 “Qida boyaları. Termin və təriflər” standartı qida boyalarına dair termin və tərifləri müəyyən edir. AZS 597-2011 “Makaron məmulatları. Termin və təriflər” standartında müəyyən olunmuş terminlər makaron məmulatlarının hazırlanması sahəsində əks olunan anlayışlar sistemini nizama salınmış qaydada tətbiq edilir. AZS 598-2011 (codex stan A-6-1978) “Pendirlər üçün ümumi standart” pendirin son istehlak və ya sonrakı emal üçün nəzərdə tutulan bütün məhsullarına şamil edilir. AZS 600-2011 “Yerəbirləşdirmə və elektrik cərəyanı ilə zədələnmədən mühafizə” standartı elektrik avadanlıqları və qurğularının yerləbirləşdirilmələri və insanların və ya heyvanların elektrik cərəyanı zərbəsindən mühafizə olunmaları sahəsində anlayışların termin və təriflərini təyin edir. AZS 601-2011 (codex stan A-7-1971, Rev.2-2006) “Zərdab- pendirlər üçün standart” son istehlak və ya sonrakı emal üçün nəzərdə tutulan zərdab-albuminli pendirlərə şamil edilir. Digər 5 standart tikintidə istifadə edilən şüşə, biri isə polimer istehlakçı tarasına aid tələbləri müəyyən edir. Komitənin digər Əmri ilə AZS 009-94 “Qazlı su. Texniki şərtlər” və AZS 282-2007 “Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər” standartlarına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən qazlı su və qablaşdırılmış içməli suyun mikrobioloji göstəriciləri, toksiki elementlərin miqdarına olan tələbləri daha sərtləşdirilib. Geri dön |