Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Yaxın Şərq və Körfəz ölkələrində koronavirusa yoluxanların sayı artıb
Yaxın Şərq və Körfəz ölkələrində koronavirusa yoluxanların sayı artıb |
Son 24 saat ərzində Yaxın Şərq və Körfəz ölkələrində koronavirusa yoluxanların sayı artıb.
Rəsmi məlumatlara görə, Küveytdə son sutkada COVID-19 virusuna daha 12 yoluxma faktı qeydə alınıb, xəstələrin ümumi sayı 142 nəfərə çatıb. Koronavirusa yeni yoluxanlar arasında ABŞ, Fransa və İspaniya vətəndaşları var. Birləşmiş Ərəb Əmirliklərində martın 17-də koronavirusa 15 yeni yoluxma faktı aşkarlanıb. Hazırda bu ölkədə xəstələrin ümumi sayı 113 nəfərdir. Onların arasında ABŞ, Almaniya, Rusiya, Qırğızıstan, Ukrayna, Avstraliya vətəndaşlarının da olduğu bildirilir. Yoluxma hallarının 190-na çatdığı Səudiyyə Ərəbistanında koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib. Martın 17-dən etibarən özəl sektorda yeni iş qaydaları tətbiq olunub. Belə ki, insanlar ofislərdə deyil, evlərində işləyəcəkələr. Bundan başqa, Ər-Riyadın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində gələn həftə G-20 ölkələrinin fövqəladə virtual sammiti keçiriləcək. Körfəz ölkələrindən Bəhreyndə koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Bu ölkədə xəstələrin ümumi sayı 237 nəfərə çatıb. Qətərdə COVID-19 virusuna 442 nəfər yoluxub. Paytaxt Dohada otellər və kütləvi tədbirlərin keçirildiyi məkanlar 14 gün müddətinə bağlanılıb. Geri dön |