Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada bir gündə koronavirusdan 89 ölüm olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Fransada bir gündə koronavirusdan 89 ölüm olub

Fransada bir gündə koronavirusdan 89 ölüm olub


Fransada koronavirusa yoluxanların sayı 9134-ə, ölənlərin sayı isə 264-ə çatıb.

Son 24 saat ərzində 89 ölüm halı qeydə alınıb. Səhiyyə baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib ki, 3626 koronavirus daşıyıcısı xəstəxanalara yerləşdirilib. Onlardan 931-i reanimasiyada ağır vəziyyətdədir. Reanimasiyaya yerləşdirilən koronavirus daşıyıcılarının 50 faizi 60 yaşdan aşağı olanlardır. Bununla da virusun təkcə yaşlılar üçün təhlükəli olması fikrinin yanlış olduğunu vurğulayıb.

Səhiyyə baş direktoru evlərdə olan 5500 nəfərlə bağlı qeyd edib ki, onlardan 1000-ni sağalıb xəstəxanadan çıxanlar, digərləri isə koronavirusa yoluxanlardır.

Tibb işçiləri üçün maskanın əhəmiyyəti, eləcə də maska çatışmazlığından yaranan problemlər qeyd edilərək, əhalidən evlərdə olan maskaları xəstəxanalara çatdırmaq xahiş olunub.

Geri dön