Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar > “Türkiyə-Azərbaycan birgə Asayiş Qüvvələri”nin yaradılması ideyasının müəllifi kimdir?
“Türkiyə-Azərbaycan birgə Asayiş Qüvvələri”nin yaradılması ideyasının müəllifi kimdir? |
Seymur Həsənli: “Baş verən hadisə MDHP rəhbərliyi və üzvləri tərəfindən kəskin etirazla qarşılanıb.”
Ötən həftənin sonu Lider televiziyasında “Səda-Həftə” proqramının qonağı olan millət vəkili Zahid Oruc Türkiyə-Azərbaycan birgə Asayiş Qüvvələrinin yaradılması ideyasının müəllifi kimi təqdim olunub. Məsələ ilə bağlı açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli proqramın aparıcısının yalan danışdığını bildirib. O açıqlamasında bildirib ki, “Türk Cümhuriyyətlərinin qarşılıqlı münasibətlərinin iqtisadi-mədəni müstəvidən siyasi-hərbi müstəviyə keçirilməsinin sistemini Fərəc Quliyev hələ 1998-ci ildə "Yeni dünya düzənində Azərbaycanın yeri və rolu" kitabını yazmaqla ortaya qoyub.Kitabda transkontinentinal “Turan” Avrasiya Bloku sisteminin ayrı-ayrı elementləri irəli sürülməklə Yeni Dünya Düzəninə ABŞ və Avropa Birliyi platsdarmı ilə yanaşı Avrasiya platsdarmı ideyasının gerçələşməsinin qaçılmaz olduğu göstərilmişdir. Həmin layihənin əsas və üçüncü mərhələsi regional kollektiv təhlükəsizlik sisteminin (“Turan” Avrasiya Bloku müdafiə qüvvələrinin) yaradılmasıdır.” Seymur Həsənli bildirib ki, MDHP sədri Fərəc Quliyev parlamentin 2011 dekabr və 2012 may aylarında “Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri”nin yaradılması təklifini irəli sürməklə həmin ideyaya müəlliflik edib. “Fərəc bəy Parlamentin iclaslarında türk dövlətləri arasındakı münasibətlərin iqtisadi və mədəni əlaqələr müstəvisindən təhlükəsiz və hərbi müstəvilərə transfer olunmağının vacibliyini vurğulayaraq Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğv olunmasını da tələb edib. Onun təklif etdiyi sistemə görə yaradılacaq Türkiyə ilə Azərbaycan Asayişin Təmini birgə Silahlı Qüvvələri Türkiyədə PKK-ya, Azərbaycanda ermənilərə qarşı mübarizədə birlikdə iştirak edəcək, sonrakı mərhələlərdə digər türk dövlətlərini də bu birliyə qoşacaq. Bu çıxışı ilə Fərəc Quliyev türk dünyasının istənilən nöqtəsində separatçılara və ya düşmənlərə qarşı birgə mübarizənin sistemini yaratmağın əhəmiyyətini qaldırıb.” Seymur Həsənlinin fikrincə bütün bu fəaliyyətlərdən sonra Lider TV-nin əməkdaşı tərəfindən digər millət vəkili Zahid Orucun Türkiyə-Azərbaycan birgə Asayiş Qüvvələrinin yaradılması təklifinin müəllifi kimi təqdim olunması böyük yalnışlıqdır və Fərəc Quliyevin müəllif hüquqlarının tapdalanmasıdır. O qeyd edib ki, baş verən hadisə MDHP rəhbərliyi və üzvləri tərəfindən kəskin etirazla qarşılanıb. Geri dön |