Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədr müvini Əlirza Amanbəyli: Azərbaycan dövləti 50 milyonluq millətin varisidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > MDHP sədr müvini Əlirza Amanbəyli: Azərbaycan dövləti 50 milyonluq millətin varisidir

MDHP sədr müvini Əlirza Amanbəyli: Azərbaycan dövləti 50 milyonluq millətin varisidir


Əlirza Amanbəyli: «Güney Azərbaycan məsələsi beynəlxalq aləmin gündəminə gəlibsə, onun əleyhinə fikir bildirmək deyil, dəstək vermək gərəkdir»

Milli Məclisin son iclasında bir sıra deputatlar Güney Azərbaycan məsələsini gündəmə gətiriblər. Belə ki, YAP-çı deputat Siyavuş Hovruzov Azərbaycan-İran münasibətlərinin pozulmasında bir sıra beynəlxalq dairələri, Qərb dövlətləri və ABŞ-ı hədəfə alıb. O bildirib ki, Cənubi Azərbaycanla bağlı Qərb dövlətlərinin apardığı provokasiyalara inanmaq olmaz: «Cənubi Aərbaycanda baş verən hadisələrdən sonra orada Azərbaycan dilində bir məktəbin olmamasına heç vaxt reaksiya verməyən Amerika birdən-birə bu məsələni ortaya çıxardı. Təbii ki, bu da İranla Azərbaycan münasibətlərinin pozulmasına yönəlmiş bir məsələdir. Hazırda bunu bilmək lazımdır ki, Avropa Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə imkan verməyəcək. Odur ki, belə məqamlada ehtiyatlı olmaq lazımdır. Burada əsas məqsəd Azərbaycanla İran arasındakı münasibətləri korlamaqdır».
Vitse-spiker Ziyafət Əsgərov da sözügedən məsələdə həmkarını dəstəkləyən çıxışı ilə yadda qaldı: «Azərbaycanın İrana qarşı heç bir ərazi iddiası yoxdur. Qonşu İran Azərbaycanla dost dövlətdir və onunla müttəfiq münasibətlər var». Vitse-spiker qeyd etdi ki, İrana qarşı azərbaycanlılardan istifadə edilməsinə yol verilməyəcək: «Müxalifətin bu məsələdə milli hisslərilə bağlı fikirlərini başa düşürəm. Amma İran məsələsində soyuqqanlı olmaq lazımdır. İran ərazi bütövlüyümüzü tanıyır. Bundan başqa, Azərbaycanın İrana qarşı ərazi iddiası yoxdur. Odur ki, İranla bu gün dünyada qaldırılan kampaniyanın məqsədi başqadır. Ziyafət Əsgərova görə, Güney Azərbaycanla bağlı layihənin Ağ Evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir: «Yaxşı olar ki, həmin konqresmen ABŞ prezidentini, ATƏT-in Minsk qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həlinə kömək göstərməyə, Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyinə görə, Ermənistana təzyiq etməyə çağıraydı». Xatırladaq ki, ABŞ Konqresində Güney Azərbaycan məsələsinin müzakirəsi gözlənilir. Konqresmenlərdən birinin təklifinə əsasən Güney Azərbaycanda insan və milli haqlarının pozulması, həmin bölgənin taleyi məsələləri müzakirə edilməlidir.
Bildiyimiz kimi, hazırda İran Qərbin hədəfindədir. Tehranın nüvə silahına malik olmaq cəhdləri ABŞ başda olmaqla Qərb dünyasının əməlli-başlı narahatlılığına səbəb olub. Bunun səbəbidir ki, artıq İran Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalıb. İranla Azərbaycan arasında münasibətlərə gəldikdə, bir müddət bundan öncəyə qədər həmin həmin münasibətlər gərgin olaraq qalırdı. Bu il ərzində İranla bağlı olan bir sıra təxribatçıların Azərbaycanda bir neçə dəfə terror aktı törətmək cəhdləri müvafiq qurumlar tərəfinlən yerindəcə zərərsizləşdirilib. Bundan başqa Tehran 4 aya yaxın iki gənc Azərbaycan vətəndaşı olan şairləri heç bir əsas olmadan həbsdə saxlamışdı. Yalnız sonradan müəyyən təzyiqlər nəticəsində onları azadlığa buraxmağa məcbur oldular. Digər tərəfdən, İranın torpaqlarımızın 20 faizini işğal edən Ermənistanla sıx iş birliyində olduğu da heç kimə sirr deyil. Tehran İrəvan üçün bir növ xaricə açıq qapı rolunu oynayır. Bununla da işğalçının öz çirkin əməllərində daha da aqressivləşməsinə səbəb olurlar. Başqa bir tərəfdən, güneyli soydaşlarımız İranda əhalinin mühüm bir hissəsini təşkil etsələr də, onlar öz ana dillərində tədris almaq imkanından məhrumdurlar. Bu isə molla rejiminin güneyli soydaşlarımızın milli, mədəni və dil baxımdan inkişafına düşmən kəsildiklərini göstərir.
Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli Milli Məclisdə bəzi deputatların Güney Azərbaycana münasibətdə sərgilədikləri münasibətin qəbuledilməz olduğunu bildirdi: «Milli Məclisin son iclasında bəzi deputatların İranla bağlı sərgilədikləri mövqe heç də birmənalı qarşılanmayıb. Amerika Konqresinin Güney Azərbaycanla bağlı qaldırdığı məsələ hüquqi məsələdir. Yəni insan haqları heç bir dövlətin daxili işi deyil ki, digər ölkələrdə həmin haqların pozulmasına göz yumasan. Güney Azərbaycan Azərbaycan Respublikasının tarixi ərazisidir. Güneydə yaşayan 35 milyonluq soydaşımız fars rejiminin təzyiqləri altında ağır işgəncə və təzyiqlərə məruz qalırlar. Azərbaycan hökuməti təmsil etdiyi dövlətin 50 milyonluq bir millətin dövləti olduğunu dəfələrlə bəyan edib. Lakin Azərbaycan parlamentində bəzi deputatlar tərəfindən Güney Azərbaycana münasibətdə bəslənilən münasibət hökumətin yuxarıda vurğuladığım sözünün üstündə durmaması anlamına gəlir. Güney Azərbaycan məsələsi beynəlxalq aləmin gündəminə gəlibsə, hesab edirəm ki, onun əleyhinə fikir bildirmək deyil, əksinə ona dəstək vermək gərəkdir. Demirəm ki, İranla münasibətləri korlamaq lazımdır. Xeyir. Amma insan haqları məsələsinə, hər bir millətin öz müqəddəratını təyin etmə prinsipinə, BMT-nin konvensiyasına söykənməklə ABŞ Konqresinin Güney Azərbaycanla bağlı qaldırdığı məsələni dolayısı ilə dəstəkləmək lazım idi. Ona görə də Milli Məclisdə bəzi millət vəkilləri tərəfindən Güney Azərbaycan məsələsinə yönəlik münasibətə Güney Azərbaycan Milli Azadlıq Hərəkatı adından etirazımı bildirirəm. Azərbaycan dövləti beynəlxalq aləm ölkənin bütövləşməsi məsələsini gündəmə gətiribsə, insan haqları prinsipinə söykənərək həmin məqamı müdafiə etməlidir. Hüquqi baxımından, insan haqları prizmasından Azərbaycan dövləti 50 milyonluq Azərbaycan türkünün varisidir. Xaricdəki bütün diasporanı Azərbaycan dövləti ətrafında birləşdirmək istəyiriksə, hər zaman onlara dəstək olmalı, onların müdafiəsinə yönəlik bütün addımları dəstəkləməliyik. Xaricdə olan azərbaycanlıların 95 faizi güneyli soydaşlarımızdır. Azərbaycan öz tarixi ərazisinin onda üçündə dövlət qurub. Onda yeddisi isə hələ də işğal altındadır. Hər bir dövlət çalışır ki, öz tarixi ərazilərini bərpa etsin. Biz də bunu hədəf götürmüşüksə, ona doğru getməliyik. Təəssüflə qeyd edirəm ki, Azərbaycan dövləti 50 milyonluq azərbaycanlının dövləti olsa da, parlamentdəki bəzi dairələrin Güney Azərbaycan məsələsinə münasibəti qəbulolunmazdır».
Parlamentdə bəzi deputatların ABŞ-ın Güney Azərbaycanla bağlı qətnaməsinə şübhə ilə yanaşması onların o taydakı soydaşlarımızın taleyinə biganə münasibətinin nəticəsidir: «Siyavuş Hovruzov və Ziyafət Əsgərovu Onları Güney Azərbaycandakı soydaşlarımızın taleyi, insan haqları maraqlandırmır. Parlamentin son iclasında həmin deputatların Güney Azərbaycan məsələsilə bağlı verdikləri açıqlama və ABŞ Dövlət Departamentinin qətnaməsinə şübhə ilə yanaşmaları bunun bariz nümunəsidir. Güney Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycan türkünün ən adi elementar hüquqları belə addımbaşı pozulur. Soydaşlarımız işgəncələrə məruz qalır. Belə bir halda Azərbaycanda bəziləri ABŞ-da Güney Azərbaycanla bağlı məsələnin qaldırılmasına şübhə ilə yanaşırsa, bu sadəcə olaraq insan haqları və öz millətinə hörmətsizlikdir».

Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəyli

Müsahibəni aparan Rüfət Sultan

Geri dön