Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > GAMAC başkanı Ziyafət Əsgərovun çıxışna etirazını bildirdi
GAMAC başkanı Ziyafət Əsgərovun çıxışna etirazını bildirdi |
2012-ci ilin oktyabrın 1-də Milli Məclisin payız sessiyasının ilk iclasında Vitse-spiker Ziyafət Əsgərovun bəzi qüvvələri İranla Azərbaycanın arasını vurmaqda ittiham etməsi faktı Güney Azərbaycandan olan soydaşlarımızın etirazına səbəb olub. “Nəyə lazımdır İranla münasibətləri korlayaq” sözün işlədən hüquq elmləri namizədi, professor olan bir şəxsin bu açıqlamanı nece verməsini anlamaq çox çətindir. Amerikalı konqresmen Dana Rochrabacherin İranda yaşayan azərbaycanlıların müstəqil olmaq arzusunu rəsmi qaydada gündəmə gətirməsindən daha çox bizim ümid yerimiz olan Azərbaycan Respublikasının qanunverici orqanında belə bir fikirin səslənməsi diasporda və Güney Azərbaycanda yaşayan 35 milyonluq soydaşamızın haqlı narazlığı ilə qarşılanıbdır.
Iranda insan haqları dəhşətli vəziyyətdədir. BMT və dünyanın bütün hüquq-müdafiə mexanizmləri davamlı olaraq Iranı bu məsələyə görə tənqid edirlər. jurnalistlərin həbs edilməsi, siyasi azadlıqların boğulması üzündən yaranan dissidentlik, dini və gender bərabərsizliyi kimi məsələlər Iranı insan haqları ilə bağlı çox aşağı müstəviyə otuzdurub. İran çoxmillətli dövlət olsa da, orada milli bərabərlik yoxdur, belə ki, hakimiyyət xalqa söykənmir. İranda yüzlərlə milli fəal azərbaycanlı siyasi məhbusdur və onların ailələri ehtiyac və qorxu içərisində yaşayırlar. Bu gün onların ümidi Bakıdadır və hər gün Azərbaycan dövlətindən dəstək gözl’yirlər. Ziyafət Əsgərov bir hüquqşünas kimi bunu bilməlidir ki, insan azadlığı, demokratiya heç bir ölkənin daxili işi deyil və unutmaq lazım deyil ki, orda hüquqları pozulan bizim qanımızdan olanlardır. Cənab hüquqşünasa məlumat üçün bildirim ki, Fransa inqilabından sonra insan və vətəndaşın hüquqları haqqında bəyannamə qəbul olunub. Bu bəyannamənin 1-ci maddəsində belə yazılmışdır: “İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar”. Biz də istəyirik azad doğulaq, azad insan kimi öz dilimizdə danışaq, öz musiqimizə qulaq asaq, ana dilində qəzet oxuyub TV verlişlərə baxaq. Ana dilində dərs deyən məktəbdə təhsil alaq, ədəbiyyat oxuyaq, şeir yazaq. Biz çoxmu tələb edirik cənab Ziyafət Əsgərov? Buna görə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi adından Sizə öz etirazımı bilidirəm və ümid edirəm bizim haqlı iradımızı qəbul edib 35 milyonluq Azərbaycanlıların pozulan hüquqlarının bərpasında onların yanında olacaqsınız. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi başkanı, Professor Qulamrza Səbri Təbrizi Geri dön |