Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Martın 29-da Yaponiyanın Takao dağına yağan qar əsrarəngiz qış mənzərələri yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Martın 29-da Yaponiyanın Takao dağına yağan qar əsrarəngiz qış mənzərələri yaradıb

Martın 29-da Yaponiyanın Takao dağına yağan qar əsrarəngiz qış mənzərələri yaradıb


Martın 29-da Yaponiyanın mərkəzi hissəsinə, o cümlədən Takao dağına yağan qar əsrarəngiz qış mənzərələri yaradıb.

Paytaxt Tokio daxil olmaqla, Kanto regionunun geniş ərazisində bazar günü səhərdən günortayadək güclü qar yağıb. Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, Kantonun şimal rayonlarına 30 santimetr, Koşin rayonuna 25 santimetr, Hakone, Tama və Çiçibu rayonlarına isə 15 santimetr qar yağıb.

Cari ildə Tokio administrasiyasının yeni koronavirus təhlükəsi və Meteorologiya Agentliyinin havanın kəskin dəyişməsi ilə bağlı torpaq sürüşmələri, daşqınlar və güclü külək barədə xəbərdarlığına görə yerli sakinlər demək olar ki, evlərini tərk etməyiblər. Buna görə də, həmişə öz gözəlliyi ilə çoxlu sayda insanı cəlb edən Takao dağında da demək olar ki, heç kim olmayıb.

Əlavə olaraq qeyd edək ki, bu cari qış fəsli ərzində Kanto regionuna cəmi bir dəfə güclü qar yağıb.

Geri dön