Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb

Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb


Fransada COVID-19 epidemiyasının pik dövrü başlayıb. COVID-19 virusu epidemiyasından xəstəxanalarda ölənlərin sayı 3 mini keçib ki, bunlardan 418-i son 24 saatda qeydə alınıb.

Bu haqda ölkənin Səhiyyə naziri məlumat verib. Bildirib ki, xəstəxanalara 21 minə qədər xəstə yerləşdirilib, onlardan 5 min 56-sı reanimasiyadadır. Koronavirusa yoluxanların sayının 45 minə yaxın olduğu bildirilib.

Xəstəxanalara yerləşdirilən xəstələr əsasən tənəffüs problemləri olanlardır. Tibb işçiləri arasında 717 nəfər koronavirusa yoluxub.
Fransa Baş Naziri aprelin 15-dək vəziyyətin daha da çətin olacağı ilə bağlı əhalini xəbərdar edib.

Geri dön