Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP-nin Soyqırımla bağlı müraciəti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Siyasi partiyalar > MDHP-nin Soyqırımla bağlı müraciəti

MDHP-nin Soyqırımla bağlı müraciəti


Milli Dirçəliş Hərəkatı Partiyasının 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqa

MÜRACİƏTİ


Dəyərli soydaşlar,
Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. Azərbaycan xalqına qarşı törədilən bu bəşəri cinayət nəticəsində 10 minlərlə insan qətlə yetirilmiş və misli görünməmiş işgəncələrə məruz qalmış, yüzlərlə şəhər və kəndlər dağıdılmış və ya tamamən yer üzündən silinmişdir.
Hadisələr əslində Quzey Azərbaycanın demək olar ki, bütün əyalətlərini və Güney Azərbaycanın əksər ərazisini əhatə etməklə olduqca böyuk miqyas və dəhşətli mahiyyət daşıyırdı. Düşmən müttəfiqlərin xalqda ciddi mənəvi-psixologi sarsıntı yaratmaq məqsədi ilə yanaşı, ermənilərin aborigen xalq olmadan ölkəmizə sahib olmaq niyyətlərinin tarixi də məhz bu hadsələrdən başlayır.
Nəzərə almalıyıq ki, düşmən bu qırğınları törədəndə bizi partiyalara, icmalara ayırmırdı. Hətda aborigen xalqların milli və dini mənsubiyyətləri belə onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi.
Yəni, heç şübhəsiz ki, xalqın üzərinə gələn bəla onun siyasi, milli, dini və s. ayrıseçkiliyini nəzərə almır. Təəssüf ki, bu qədər sadə məntiqi başa düşməyən soydaşlarımız da var. İstər xarici güclərin ölkəmizdəki məqsədlərini həyata keçirməkdə vasitəçilik edənlər olsun, istər də hazırda dünyanı sarmış koronvirusa qarşi xalqın səfərbər olmasına mane olmaq məqsədi ilə təxribat xarakterli əməllər törədən və məlumatlar yayanlar olsun anlamırlar ki, üzərimizə gələn istənilən bəla xalqın fərdləri olaraq nə onlardan, nə da onların doğmalarından yan keçməyəcək.
İstər 1918-ci ildə, istər də ondan əvvəl və sonra xalqımıza qarşı törədilən soyqırım, represiya və vandalizmin fəsadlarını biz bu gün də çox ağir formada hiss etməkdəyik. Bütün bunlardan nəticə çıxararaq, hazırda ölkəmizın bir neçə "cəbhədə" apardığı müharibədə xalqın həmrəy və mənəvi səfərbər olması ən vacib şərtdir.
Bu şərti təmin etsək həm yayılan virusla, həm işğalçılarla, həm açıq düşmənçilik edənlərlə, həm də yenidən aktuallaşan gizli düşmənçilik edənlərin “Troyatı”ları” olan "5-ci kalon"-la mübarizədə mütləq qalib olacağıq!

MDHP Mətbuat Xidməti,
31 mart 2020-ci il.



Geri dön