Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Səməd Seyidov: “Ramil Səfərov məsələsini müzakirə edən AŞ PA niyə Xocalı soyqırımı ilə bağlı dinləmə keçirmir?”
Səməd Seyidov: “Ramil Səfərov məsələsini müzakirə edən AŞ PA niyə Xocalı soyqırımı ilə bağlı dinləmə keçirmir?” |
“Bu bir faciədir. Hesab edirəm ki, bəzi qüvvələr və dairələr bu faciəni daha çox siyasiləşdirərək, manipuliyasiya etməyə çalışırlar”.
Bunu bu gün AŞ PA-nın plenar iclasında “Ramil Səfərov məsələsi”nin müzakirə edilməsi zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov müzakirələrdə Andersonun səsləndirdiyi “bu məsələ əksinə baş versəydi, yəni qatil erməni, qətlə yetirilmiş əsgər isə azərbaycanlı olsaydı, Azərbaycan tərəfinə bu necə təsir edə bilərdi?” sualına cavab verib: “1992-ci ildə 3 erməni bir azərbaycanlı qadın jurnalisti amansızlıqla qətlə yetirirlər. Bu qadın Azərbaycanda tanınmış jurnalist Salatın Əsgərova idi. Azərbaycan hökuməti o vaxt, bu hadisədən iki il sonra bu qatilləri erməni tərəfinə təhvil verdi. Bəs Ermənistan neylədi? Dərhal onları azadlığa buraxdı. 1996-cı ildə Bakı metrosunda terror aktını həyata keçirdiyi üçün ölüm hökmünə məhkum olunmuş bir erməni terrorçusu da bizim tərəfimizdən erməni tərəfinə təhfil verildi və dərhal azad edildi. 2001-ci ildə Ermənistan Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunduğu bir vaxtda Fransadan Ermənistana terrorçu ekstradisiya olundu. Həmin terrorçu Parisin Orli aeroportunda terror aksiyası törətmişdi, dinc insanlar ölmüşdü. O da Ermənistana təhvil verildi, hökumət onu dərhal azad etdi, ona mənzil verdilər, qəhrəman kimi qarşıladılar və hətta dövlət rəsmiləri də onunla görüşdülər. Azərbaycanla bağlı danışmamışdan əvvəl bui faktlara diqqət yetirmək lazımdır”. S. Seyidov Azərbaycanın müharibə vəziyətində olduğunun nəzərə alınmasının vacibliyini qeyd edib: “Bu gün biz burada Ramil Səfərov məsələsini müzakirə edirik, amma burda heç vaxt ayrıca olaraq, Xocalı soyqırımından danışılmayıb. Yüzlərlə qoca, qadın və uşaq Ermənistan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağ və Xocalıda amansızcasına qətlə yetirilib. Ermənistan prezidenti Assambleyadakı çıxışında Dağlıq Qarabağ müharibəsində iştirak etməsindən qürür hissi duyduğunu bəyan etmişdi. Niyə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iki xalq arasında uyğunluğun olmamasını bəyan etmişdi? Belə olan vəziyyətdə, yalnız Ramil Səfərov məsələsindən deyil, həmçinin Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışmaq lazımdır. Mənim doğmalarım da ermənilər tərəfindən qətlə yetirilib. Amma biz sülh istəyirik. Buna görə də biz bu gün buradayıq”. Xatırladaq ki, “Ramil Səfərov məsələsi” adı altında Assambleyada keçirilmiş bugünkü müzakirələr, AŞPA-nın gündəliyinə cari məsələ kimi əlavə olunub və bu məsələ ilə bağlı qurum heç bir hüquqi, tövsiyə xarakterli sənəd qəbul etməyib. Geri dön |