Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gözlənildiyi kimi, aprelin 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Xidmətdən bildiriblər ki, düşən yağıntının miqdarı Şərurda 6, Ordubad, Sədərəkdə 5, Naxçıvanda 4, Ağdam, Altıağac, Neftçalada 3, Balakən, Oğuz, Şamaxı, Mərəzə, Beyləqan, Salyan, Biləsuvar, Yardımlı, Astara, Şahbuzda 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Xınalıq, Şabran, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Maştağada 4, Bakı, Zabratda 3 millimetr olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 1 santimetrə çatıb.

Sumqayıt, Göygöl, Naftalan, Xaçmaz, Quba, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi əsib, arabir Naftalan, Gəncədə 18, Salyanda 17, Şərur, Şəmkirdə 16 metr/saniyəyədək güclənib.

Aprelin 1-də temperatur Bakıda iqlim normasından 6° yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-20°, Aran rayonlarında 18-23°, dağlıq rayonlarda 13°-dək, Naxçıvan Muxtar Respublikasında 12-19° isti olub.

Geri dön