Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Avropa Parlamentinin deputatı: “Avropa Birliyi Azərbaycanı öyrənməlidir”
Avropa Parlamentinin deputatı: “Avropa Birliyi Azərbaycanı öyrənməlidir” |
Dünən Milli Məclisdə fransalı deputat, Avropa Parlamentinin üzvi, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati jurnalistlər üçün mətbuat konfransı keçirib.
Davam.az xəbər verir ki, o çoxmədəniyyətlilik mövzusunda jurnalistlərə məlumat verib. Deputat bildirib ki, bu Azərbaycanda inkişafa xidmət edən bir məsələ kimi qəbul olsa da, Avropada riskli məsələ kimi qəbul edilir. Humanitar Forumun Azərbaycanda keçirilməsinin beynəlxalq prizmadan necə görünür sualına isə xanım Dati cavab olaraq, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə forum keçirilib və bu çox mühüm bir məsələdir. “Forumun Bakıda keçirilməsi Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır. Çox mədəniyyətlilik burada təbliğ olunur. Bu Avropada bölgülük kimi qəbul olunur, amma Azərbaycan inkişaf etdiyi üçün inkişaf kimi qəbul edilir. Avropa bunu Azərbaycandan öyrənməlidir”. Xanım Dati Avropa parlamentində Azərbaycanla bağlı məsələlərin, xüsusilə Ramil Səfərovla bağlı qətnamənin qəbul etməsi məsələsinə də toxunub. O, bildirib ki, Avropa Parlamentinin təcrüəbəsində son vaxtlar belə sənədlər qəbul olunur. “Amma bir məsələdən çox danışanda o öz dəyərini itirir. Fransaya qarşı da belə sənədlər qəbul olunur. Lakin, bu hüquqi bir sənəd deyil. Sadəcə bir qətnamədir, bunun da heç bir təsir mexanizmi yoxdur. Ona görə də bundan qayğılanmağa dəyməz”, – deyə Dati vurğulayıb. Fransa-Azərbaycan münasibətlərinə də toxunan xanım Dati bildirib ki, Azərbaycan və Fransa münasibətlərinin böyük tarixi var: “Bu prezidentlərdən asılı olan bir məsələ deyil. Bu münasibətləri inkişaf etdirmək lazımdır. Xüsusi olaraq, bir çox məsələlər var ki, Avropa Parlamenti, Avropa Birliyi ölkələri Azərbaycan öyrənməlidir”. Geri dön |