Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > ABŞ-ın Cənubi Koreyadakı qoşunlarında koronavirusa 18 yoluxma qeydə alınıb
ABŞ-ın Cənubi Koreyadakı qoşunlarında koronavirusa 18 yoluxma qeydə alınıb |
ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində çalışan daha bir amerikalının yeni növ koronavirusa (COVID-19) yoluxması təsdiqlənib.
ABŞ qoşunları qərargahı xəbər verir ki, bununla da hərbi kontingentdə xidmət edən və çalışanlar arasında virusa yoluxanların sayı 18 nəfərə çatıb. Virusa sonuncu yoluxan şəxs paytaxt Seula 70 kilometr məsafədə yerləşən Osan bazasında müqavilə əsasında çalışan mülki şəxsdir. O, öz evində karantin alınıb. ABŞ hərbi kontingentinin komandanlığı və Cənubi Koreyada hökuməti həmin şəxsin hərbi bazada yaxın təmasda olduğu şəxslərin müəyyən edilməsi üçün fəaliyyətə başlayıb. Bu, həm də ABŞ hərbi kontingentinin komandanlığının yerləşdiyi Hamfris düşərgəsinə çox yaxınlıqda yerləşən Osan bazasında COVID-19 infeksiyasına son günlər 2-ci yoluxma faktıdır. Artıq bazanın bir hissəsi bağlanılıb, səhiyyə müdafiəsi səviyyəsi yüksəldilib. Ümumilikdə, ABŞ-ın Cənubi Koreyadakı bütün hərbi bazalarında risk səviyyəsi ən yuxarı həddə qaldırılıb. Qeyd edək ki, ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində COVID-19 infeksiyasına ilk yoluxma fevralın son günlərində qeydə alınıb. Geri dön |