Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aqil Acalov:”Türk birliyinin qurulmasında türk gəncliyinin üzərinə böyük missiya düşür”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Aqil Acalov:”Türk birliyinin qurulmasında türk gəncliyinin üzərinə böyük missiya düşür”

Aqil Acalov:”Türk birliyinin qurulmasında türk gəncliyinin üzərinə böyük missiya düşür”


Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, Azərbaycan-Gürcüstan Gənclərinin Həmrəyliyi Assosiasiyanın sədri, ölkənin fəal ictimai gənclərindən olan Aqil Acalovun müsahibəsi

- Aqil bəy, bu gün türk dünyasının birliyi və həmrəyliyi ilə bağlı gedən prosesi necə görürsünüz?

- XX əsrin böyük böyüş geopolitik hadisələrindən sayılan SSRİ-nin çöküşü və bu çöküşdən sonra onun tərkibində yaşayan türk xalqlarının azadlığa qovuşması və bu prosesin ardınca türk dövlətlərinin yaranması, türk xalqının həmrəyliyini və birliyini stimullaşdırdı.
Bu gün dünyada yaşayan 350 milyon türk insanı, türk həmrəyliyinin qurulması istiqamətində çalışır və mücadilə aparırlar. Sevindirici hal ondan ibarətdir ki, bu gün dünya dövlətləri sırasında 7 türk dövlətinin və muxtar qurumlarının bayrağı dalğalanmaqdadır. Bu dövlətlərin varlığı bizə böyük mənəvi-ideoloji qida verməkdədir. Türklüyün oynaması və milli şüurun yüksələn xətlə davam etməsi ümumtürk birliyinin əsas qayəsinə çevrilmişdi.

- Bu prosesdə türk gəncliyinin üzərinə hansı yük düşür?

- Xüsusilə,türk dünyasının passionar gücü olan türk gəncliyi bu birliyin və həmrəyliyin mayakına çevriliblər. Məndə bir türk oğlu olaraq, bu prosesin içində iştirak etdiyi üçün özümü xoşbəxt insan sayıram və qürur duyuram. Türk gəncliyi bu prosesdə aktivdir. Türk birliyinin güclənməsinə xidmət edən tədbirlər türk birliyini sürətləndirir və gələcəyə olan ümidlərimiz artırır. Bu gün əminliklə demək olar ki, Azərbaycanda minlərlə gənc öz intellektual, milli mənəvi dəyərləri, fiziki imkanları birlik prosesinin iştirakçısına çevriliblər.

- Bu prosesdə Sayokanın missiyası nədən ibarətdir?

- Son illər ölkəmizdə qədim türk döyüş sənəti olan Sayokana marağın artması göstərir ki, gənclərimiz öz tarixlər adət- ənənələrinin, babalarının keçdiyi döyüş yolunu öyrənməkdə həvəsli və maraqlıdırlar. Bu prosesə qədim türk döyüş sənətini təbliğ edən SAYOKAN-nın minlərlə üzv öz töhfəsini verməkdədir. Sayokan müstəqil Azərbaycan dövlətinin gələcəyini təmin edəcək vətənpərvər, sağlam düşüncəli gənclərin yetişməsini gerçəkləşdirmək üçün qarşısına bir missiya qoyub. Bizdə Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin kollektivi olaraq, bu istiqamətdə çalışan dövlət və ictimai təşkilatların keçirdikləri bütün tədbirlərdə dəstək verməkdəyik və bundan sonra ümumtürk birliyinə xidmət edəcək tədbirlərin fəal iştirakçısı olacağıq.

Söhbətləşdi: Elnur Eltürk

Geri dön