Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna İranlı deputatın sözlərini təyyarə qurbanlarına qarşı hörmətsizlik adlandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ukrayna İranlı deputatın sözlərini təyyarə qurbanlarına qarşı hörmətsizlik adlandırıb

Ukrayna İranlı deputatın sözlərini təyyarə qurbanlarına qarşı hörmətsizlik adlandırıb


Ukrayna hökuməti İran Milli Məclisinin deputatı Həsən Novruzinin sözlərini "Sepah" tərəfindən vurulmuş təyyarənin qurbanlarına qarşı hörmətsizlik adlandırıb.



Ukraynanın Baş nazirinin müavini Vadim Priestiko Həsən Novruzinin sözlərini kəskin tənqid edərək, İran hökumətindən bu barədə təcili açıqlama tələb edib.



"Biz İran hökumətindən bu deputatın təəssüf verici sözləri ilə bağlı təcili açıqlama verməsini tələb edirik. Bu sözlər vurulmuş təyyarədə ölənlərin həyatına qarşı çox böyük hörmətsizlikdir. Onlarla Ukrayna, İran, Kanada, Əfqanıstan və İsveç ailəsi öz yaxınlarını sözügedən sərnişin təyyarəsində olan müdafiəsiz vətəndaşlara qarşı baş tutmuş hücumda itiriblər", - deyə Vadim Priestiko "Twitter" statusunda yazıb.



Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də Tehran səmasında Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini iki raketlə vurması nəticəsində 176 nəfər ölmüşdü. İran hadisəni 3 gün gizlədib, bunu texniki nasazlıq səbəbindən baş vermiş qəza kimi təqdim etsə də, beynəlxalq təzyiqlər qarşısında təyyarənin vurulmasını etiraf etməyə məcbur qalmışdı.



Martın 5-də İran Milli Məclisinin Hüquq və Məhkəmə Komissiyasının üzvü Həsən Novruzi yerli media orqanlarına verdiyi müsahibə zamanı Silahlı Qüvvələrin təyyarəni vurmaqla, öz vəzifəsini çox gözəl yerinə yetirdiyini demişdi.



O, həmçinin iddia etmişdi ki, həmin təyyarə vurulmazdan 1 həftə öncə İsraildə olub və müəyyən "planları" həyata keçirmək üçün İrana göndərilibmiş.

Geri dön