Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Hicab aksiyasından sonrakı təntənə
Hicab aksiyasından sonrakı təntənə |
Rüfət Əhmədzadə
Müstəqil yazar Utanmasan polisə əl qaldırmağa nə var ki? Hər nə qədər pis və ya yaxşı olursa belə, bir etiraz aksiyasında dövlətin polisinə əl qaldırılması, dəyənəkdən isifadə olunması… Hardan gəldi ora dəyənəklər? Necə oldu birdən işə düşdü radikal şiə islamçıları? Hətta ekstremist kimi tanınan radikal sünnilər, vəhhabilər belə kənarda qalıb. Yeni müxalifət? Olmaya kimsə, hansısa şəkildə siyasi müxalifətin bacarmadığını radikal dini qruplaşmalar vasitəsi ilə həyata keçirir? Bəlkə də… Bəlkə də, hansısa addımlar hansısa planları qabaqlayır? Suallar çox oldu. Cavabları axtaraq. İndiyə qədər müxalifət liderləri dindar təbəqəni öz tərəflərinə çəkmək üçün çox çalışıblar. Hətta bəzi müxalifət liderləri çıxışlarında dindarların zövqünü oxşayan məqamlara da yer veriblər. Amma çifayda… Dindarlar müxaliflərə qarışmadılar. Siyasi proseslərdə yer almadılar. Hətta İslam Partiyası belə dindar təbəqədən yararlana, siyasi qüvvə kimi ortaya çıxa bilmədi. Bəlkə də, bu daha yaxşı olardı. Və kimin-kim olduğu daha yaxşı bilinərdi. Dini icmalar, ictimai birliklər pərdəsi altında təzahür edən siyasi qaragüruh qeyri-leqal mahiyyəti ilə elə qeyri-leqal fəaliyyət ortaya qoyacaq. Cəmiyyətin demokratik inkişafı üçün ictimai-siyasi mühitdə sivil rəqabətin, plyuralizmin olması çox vacibdir. Burada isə dövlətin, millətin maraqlarını, milli qeyrət amilini rəhbər tutan şəxslər öndə olmalıdır. Əlbəttə, hətta dini cərəyan, dini icma rəhbərləri belə öz ideyalarınınn auditoriyası olan xalqı, cəmiyyəti düşünməlidirlər. Başqa bir dövlətin ayətullahı, generalı bu zatlara təsir etmək imkanına malik olmamalıdır. İslamı məzhəblərə ayırmağı sevmirəm, amma proseslərə təsir imkanı baxımından, hərdən bölgü aparmaq lazım gəlir. Sufiləri, nəqşibəndiləri qoyaq bir kənara. Onlar çox azdır və daha çox ruh adamlarıdırlar. İbrahimi adlanan kiçik bir qrupu da… Qüvvə deyillər və olmayacaqlar da. Heç İslama qarşı təbliğatda fəal iştirak edən, dinsizlikdən din yaradan Asif ata tərəfdarları da, nə dini, nə də siyasi qüvvə kiimi çıxış etmək potensialına malik deyillər. Gəlin etiraf edək ki, Azərbaycanda, xüsusən də Bakı-Şirvan zonasında şiə məzhəbinə aid insanlar çoxluq təşkil edir. İndiyədək, bu təbəqə radikal sələfilərin bölgədə güclənməsi yolunda əsas maneə olub. Gəncədə də şiə təbəqənin mövcudluğu ekstremist vəhabi qruplaşmalarının ölkəmizin Qərb zonasında möhkəmlənəsinə əngəl törədib. Beləcə… Ərəb ölkələrəində siyasi proseslərdə radikal dini qruplaşmalar, konkret olaraq sələfi təşkilatları və “Əl-qaidə” silahlılarından istifadə edən dünya gücləri Qafqaz ölkələrində də analoji addımlar atmağa çalışdı. Bu, başqa yerlərdə hansısa səviyyədə alınsa da, Azəbaycanda bu planlar baş tutmadı. Və planlardakı dəyişikliklər nəticəsində, öz ölkəsinin mənafeyi, bütövlüyü naminə çalışmalı olan (ən azından şiələrdə tarixi bir qızılbaşlıq ruhu var və bu ruh elə azərbaycançılıqdır ) şiə təbəqəsinin arasına yad maraqlar sızmağa başladı. Əlbəttə ki, İran maraqları ilə kəsişmələr oldu. Hətta o səviyyədə ki… Əhmədinejadın səfəri Bakı ilə Tehran arasındakı istiləşmə şansı kölgəyə salındı. Bu məsələdə İranın marağı olduğuna inanmağım gəlmir… Bəlkə də, İran tərəfdən təşkil və kurasiya olunur, ABŞ-da gündəmə gələn “İran azərbaycanlıları” məsələsinə qarşılıq “Azərbaycan irançıları” faktı qoyulur… Belə bir məqamdamı? Azərbaycanın İranla problem istəmədiyi, İranın dar ayaqda Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışdığı zamanda? Bu səfərin təşkil olunması belə, münasibətlərdə müsbət tendensiyanın işartısından, ortaq məqamların axtarışından xəbər verirdi… Kimlərsə nəinki ölkədaxili, hətta ölkəxarici müstəvidə də planlar cızır. Bu qədər təşkilatlı aksiya ola bilməzdi – ortada təşkilat və partiya olmadığı halda. Yada Quba hadisələri düşür, bir-iki saat ərzində sosial şəbəkələrdə elan verməklə iğtişaşın salınması suallar doğurur. Demək ki, sosial şəbəkələr yox, siyasi maraqlar daha mühüm amildir. Bu arada, hicab aksiyasından sonra yayılan videoyazılara baxdım. Diqqətimi çəkən anlar oldu. Bir nəfər əlindəki ağacı yellədərək nərilti çəkir, ətrafdakı cavanları polislərin üstünə cummağa təhrik edir… Sonra isə özü çəkilir kənara və ara-sıra “vur-vur” deyə səsi gəlsə də, kadrlardan biryolluq itir. Kənar demişkən, bu gün siyasi proseslərə az qala kənardan baxan bir sıra müxalif yoldaşlar da buna sevinir, təntənəylə ölkədə “durumun qarışdığını” göstərməyə çalışır. Nəyi var sevinir, hansısa siyasi dividentlər qoparmaq naminə “müsəlman qardaşları ittihada” çağırırlar. Qəribədir… Bu dünyada qəribə heç nə yoxdur. Geri dön |