Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Avstraliyada koronavirusu 48 saat ərzində məhv edəcək preparatın sınaqları keçirilir
Avstraliyada koronavirusu 48 saat ərzində məhv edəcək preparatın sınaqları keçirilir |
Avstraliya alimlərinin apardığı tədqiqatlar parazit əleyhinə “İvermektin” preparatının sınaq şüşəsindəki virus hissəciklərinin çoxalmasının qarşısını effektiv şəkildə aldığını göstərir.
“Antiviral Research” elmi jurnalı xəbər verir ki, Melburndakı Kral xəstəxanasının bazasında keçirilən laboratoriya tədqiqatlarının nəticələri parazit əleyhinə “İvermektin” preparatının SARS-CoV-2 virusunun artmasını 48 saat ərzində dayandırdığını təsdiqləyib. Tədqiqatın aparıcı müəllifi doktor Kayli Vaqstaffın sözlərinə görə, hələlik preparatın effektivliyi yalnız laboratoriya şəraitində sübut olunub və onu klinik sınaqların gedişində də təsdiqləmək lazımdır. “İvermektin”in virusa təsir mexanizmi məlum deyil. Preparatın effektivliyinin əsasında virusun hüceyrə immunitetinə təsirini aradan qaldırmaq qabiliyyətinin durduğu ehtimal edilir. Mütəxəssislər qeyd edirlər ki, laboratoriya şəraitində sübut olunan effektivliyinə baxmayaraq, preparat hələlik insanlarda koronavirusun müalicəsində və ya profilaktikasında istifadə oluna bilməz. Bu preparatın koronavirus infeksiyası ilə mübarizədə istifadəsi gələcəkdə onun təhlükəsizliyini və effektivliyini müəyyən edəcək klinik sınaqların nəticələrindən asılı olacaq. “İvermektin” insanların və ev heyvanlarının endo və ektoparazit xəstəliklərindən müalicəsi üçün istifadə edilir. Preparatın kəşfi 2015-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb Geri dön |