Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi ilə bağlı yeni tövsiyələr irəli sürüb
Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi ilə bağlı yeni tövsiyələr irəli sürüb |
Rusiya Səhiyyə Nazirliyi yeni növ koronavirusun profilaktikası, diaqnostikası və müalicəsi üçün yeni tövsiyələr irəli sürüb.
Tövsiyələrdə koronavirusun müalicəsi üçün əvvəl təklif olunan dərmanlara əlavələr edilib. İndi Rusiya səhiyyəsinə koronavirusun yaratdığı xəstəliyi “Hidroksixloroxin”, “Xloroxin”, “Mefloxin” , “Azitromusin”, “Nadroparin kalsi”, “Totsilizumab”, “Lopinavir plyus ritonavir”, rekombinant interferon alfa və rekombinat inerferon beta-1b preparatları ilə müalicə etmək tövsiyə olunur. Nazirlikdən “Umiferon”, “Remdesevir”, “Favipiravir” preparatlarının hazırda kliniki sınaqdan keçirldiyi qeyd olunub. Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin göstərilən dərmanlarla terapiyasının müsbət nəticələri barədə dəqiq məlumat olmadığından, onların yalnız həkim komissiyasının qərarı ilə tətbiqini tövsiyə edir. Geri dön |