Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bahar Muradova: “Avropada ermənilərin cinayət əməllərinin pisləndiyini eşitməmişik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Bahar Muradova: “Avropada ermənilərin cinayət əməllərinin pisləndiyini eşitməmişik”

Bahar Muradova: “Avropada ermənilərin cinayət əməllərinin pisləndiyini eşitməmişik”


ATƏT Parlament Assambleyasının (PA) Tiranada keçirilən payız sessiyasında (konfransında) Ermənistan parlamentinin üzvü Artaşes Qeqamyanın qeyri-konstruktiv və mövzuya aid olmayan, Türkiyə və Azərbaycana qarşı yönəlmiş çıxışı Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olub.

Davam.Az-ın Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə istinadən verdiyi məlumata görə, ölkəmizin sözügedən qurumdakı rəhbəri Bahar Muradova çıxış edərək erməni deputatın səsləndirdiyi fikirlərin əsassız olduğunu bildirib.

O, çıxışında Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması məsələsinə də aydınlıq gətirib və deyib ki, adıçəkilən şəxslə birlikdə Budapeştdə, NATO kurslarında iştirak edən erməni zabiti özü dəfələrlə münaqişəli vəziyyətlər yaradırmış.

Vitse-spikerin sözlərinə görə, Qurgen Markaryan Azərbaycan xalqını və bayrağını dəfələrlə təhqir etməklə özü, faktiki olaraq R.Səfərovu bu cinayəti törətməyə təhrik edib:

“Budapeştdə məhkəmə prosesinin yekunlarına görə, Ramil Səfərov ömürlük həbs cəzasına məhkum edilib. Azərbaycan tərəfi cinayət faktını inkar etmir, lakin məhkəmənin hökmünün də həddən artıq sərt olduğunu bildirir.

Ona görə ki, məhkəmədə Ramil Səfərovun məcburi köçkün ailəsindən olduğu, doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun ermənilər tərəfindən işğalı zamanı onun ailə üzvlərinin bir çoxunun qətlə yetirildiyi nəzərə alınmayıb.

Eyni zamanda, erməni zabitinin təhrikedici hərəkətləri faktı da diqqətdən kənarda qalıb. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərindən sonra Ramil Səfərov şəxslərin verilməsi haqqında 1983-cü il Konvensiyasının müddəalarına uyğun olaraq Azərbaycana verilib. Elə həmin Konvensiyanın 12-ci bəndi üzrə Azərbaycan Prezidenti tərəfindən əfv edilib”.

B.Muradova çıxışı zamanı qeyd edib ki, Avropa Parlamentinin 13 sentyabr tarixli qətnaməsində o da vurğulanır ki, Azərbaycan Prezidentinin qərarı həmin Konvensiyanın əsaslarına əsla zidd deyil:

“Ona görə də hesab edirik ki, bu məsələni qaldırmaq üçün erməni həmkarlarımızın heç bir hüquqi əsası, mənəvi haqqı yoxdur”.

Erməni terror təşkilatlarının bəzi cinayətlərini toplantı iştirakçılarının diqqətinə çatdıran vitse-spiker eyni zamanda bildirib ki, altı türk diplomatının və onların ailə üzvlərinin qətlinin təşkilinə görə ABŞ-da ömürlük həbs cəzasına məhkum edilmiş erməni terrorçusu Qurgen Yenikyan 1984-cü ildə azadlığa buraxılaraq Ermənistana verilib:

“Parisdə Türkiyə səfirliyinin ələ keçirilməsinə görə ömürlük həbs cəzasına məhkum olunmuş ASALA erməni terror təşkilatının lideri Monte Melkonyan 1989-cu ildə Fransa tərəfindən Ermənistana verilib. Xatırladaq ki, həmin aksiyanın qurbanları iki türk diplomatı olub.

Melkonyan Ermənistana qayıdandan sonra bu ölkənin prezidenti tərəfindən əfv edilib və mükafatlandırılıb. Terror əməllərini bu dəfə Azərbaycan ərazilərində davam etdirən cinayətkara abidə də ucaldılıb”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri sonra deyib ki, qatı terrorçuların Ermənistana verilərək sonradan əfv edilməsi barədə çoxlu faktlar var.

“Lakin heç bir halda nə onların cinayət əməllərinin, nə də əfv edilmə faktlarının pisləndiyini eşitmişik”, - deyən B.Muradova daha sonra bunları sözlərinə əlavə edib:

“İnanmaq istəyirik ki, biz bundan sonra da ayrı-ayrı məişət hadisələri ilə deyil, ATƏT-in prinsiplərinə uyğun olaraq münaqişənin özünün həllinə gətirib çıxaracaq fəaliyyətlə məşğul olacağıq”.

Geri dön