Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran sosial partlayış ərəfəsində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İran sosial partlayış ərəfəsində

İran sosial partlayış ərəfəsində


MDHP sədr müavini Əlirza Amanbəyli: «Güney Azərbaycan bu prosesə qoşulsa İran rejiminin sonunun çatdığını demək olar»

Hikmət Hacızadə: «Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, İranda vəziyyət daha da pisləşməyə doğru istiqamət götürüb»

Rüfət Sultan

İranın paytaxtı Tehran şəhərində dövlət əleyhinə kütləvi etiraz aksiyası keçirilib. Bu ölkədə milli valyutanın dəyərdən düşməsi bir qrup bankirin kəskin narazılığına gətirib çıxarıb. Aksiya iştirakçılarının tələbləri içərisində hökumətin istefası xüsusi yer tutub. Belə ki, İranda iqtisadi vəziyyətin ağırlaşmasına, xarici valyutanın bahalaşmasına etiraz edən aksiya iştirakçıları «Xalqı aldadan dövlətə ölüm olsun!», «Xain Mahmud, bizi avara etdin!», «Mahmud həya et, siyasətdən get!» kimi şüarlar səsləndiriblər. Etiraz aksiyası böyüyərək şəhərin digər məntəqələrinə də yayılıb. Paytaxtın Sədi, Cümhuri, Firdovsi, İmam Xomeyni, Hafiz, Mənuçehri və İnqilab küçələrində piketçilər hökumət qüvvələrilə üz-üzə gəlib. Piketə müdaxilə edən polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən yararlanıblar.
Qeyd edək ki, İranda son bir ildə ABŞ dollarının qiyməti üç dəfə bahalaşıb. Ötən il bir dollar 1200 tümənə dəyişdirilirdisə, hazırda «qara bazarda» bir dollar 4 min tümənə dəyişdirilir. Bu vəziyyət İranda ərzaq məhsulları və digər malların qiymətinin bahalaşmasına səbəb olub.
Həqiqətən də İranın Qrəb tərəfindən sanksiyalara məruz qalması bu ölkəni xeyli ağır duruma salıb. İstehsal etdiyi neftin bir hissəsini sata bilmədiyindən ölkəyə gələn gəlirlər də azalıb. Belə vəziyyət ilk növbədə sadə xalq və ticarətçilərin marağına ziddir. Yəni ağır iqtisadi durum ilk növbədə əhalinin məhz bu tbəqəsinə ziyan vurur. Hadisələrin gedişi göstərir ki, İran hökuməti nə qədər ki, Qərbin istəyinə uyğun olaraq nüvə silahı əldə etmək məqsədindən əl çəkməyib, ölkənin durumu daha da ağırlaşacaq. Ölkənin iqtisadi vəziyyətinin ağırlaşması fonunda isə əhalinin narazılığı da artır. Tehranın mərkəzi bazarında baş verən etiraz aksiyası məhz həmin narazılığın bir təcəssümüdür. Artıq İranda vəziyyət sosial partlayış ərəfəsindədir, xalq çəkinmədən küçələrə axışmağa başlayıb.
Görəsən, ekspertlər İranda bu sayaq hadisələrin inkişafının hansı istiqamətdə cərəyan edəcəyini düşünürlər?
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəylinin fikrincə, qonşu İranda baş qaldıran etiraz dalğası yüksələn xəttlə inkişaf edəcək: «İrandakı iqtisadi gərginlik günü-gündən dərinləşir. İşsiz əhalinin sayı xeyli çoxalıb. İqtisadi çətinliklər xalqın çiyninə yüklənir. Ordu və təhlükəsizlik qurumlarında çalışanlardan başqa digər dövlət orqanlarında işləyənlərin belə əmək haqqları neçə aydır ki, verilmir. İran rejimi artıq iqtisadi böhrandan çıxa bilmir. Əhmədinejadın özü də etiraf edib ki, ölkəyə qoyulan embarqo, nefti sata bilməmələri, bank əməliyyatları keçirməkdən məhrum olmaları maliyyə vəsaitində çatışmamazlıqlar yaradıb. Bu onu göstərir ki, İranda artıq xalq rejimin səriştəsizliyi və ölkəni idarə edə bilmədiyini anlayır. Belədə isə etiraz aksiyaları dərinləşəcək. Ən qorxulusu odur ki, İran rejimi xalqa qarşı silah tətbiq etməkdən çəkinməyəcək. Artıq həbslərə də başlayıblar. İki gün ərzində 400 nəfər həbsə atılıb. Buna baxmayaraq, xalq rejimə qarşı mübarizədə israrlıdır. İrandakı digər millətlər də rejim əleyhinə aksiyayalara başlayacaqlar. Güney Azərbaycan bu prosesə qoşulsa İran rejiminin sonunun çatdığını demək olar».
Politoloq Hikmət Hacızadə də qeyd etdi ki, İran sosial partlayış ərəfəsindədir: «Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, İranda vəziyyət daha da pisləşməyə doğru istiqamət götürüb. Bu ölkənin maliyyə sistemi artıq böyük iflas ərəfəsindədir. İranın neft ixracı 25 faiz azalıb. Ölkənin ixracında neft amilinin böyük əhəmiyyət daşıdığını nəzərə alsaq bu amilin ölkə üçün böyük çətinliklər yaradacağı gözləniləndir. Ölkəyə valyuta gəlmir. Ona görə də pul çap etməyə başlayıblar. Belədə isə pul qiymətdən düşüb. Onun da nəticəsi olaraq qiymətlər bahalaşır. Bir sözlə, cənub qonşumuzda iqtisadi vəziyyət heç də yaxşı deyil. Əhalinin yaşayış səviyyəsi aşağı düşməkdə davam edir. Bu halda isə istər-istəməz etiraz dalğaları da artır».

Geri dön