Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan Azərbaycana növbəti xəyanət: İşğal altında olan Qarabağa neft məhsulları göndərdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İrandan Azərbaycana növbəti xəyanət: İşğal altında olan Qarabağa neft məhsulları göndərdi

İrandan Azərbaycana növbəti xəyanət: İşğal altında olan Qarabağa neft məhsulları göndərdi


İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb.



Axar.az xəbər verir ki, Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də edib. Amma öz prizmasından...



Yaydığı videoda erməni bildirib ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:



“Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur...”



O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirib.



Qeyd edək ki, bu videoda Azərbaycan üçün diqqəti çəkən məhz İran TIR-larının işğalçılara ucuz yanacaq daşımasını əks etdirən faktlardır.

Geri dön