Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Ukraynaya tibbi yardım göstərəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Türkiyə Ukraynaya tibbi yardım göstərəcək

Türkiyə Ukraynaya tibbi yardım göstərəcək


Türkiyə COVID-19 kontekstində Ukraynaya tibbi yardım göstərmək üçün icazə almaq üçün proseduru və tələbləri müəyyənləşdirib.

Bu barədə Ukrinforma Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa məlumat verib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aprelin 1-də aparılmış telefon danışığında müvafiq razılığa gəlinib. Razılaşmaya əsasən, Türkiyə tərəfi Ukraynaya zəruri məhsulların ixracına istehsalçıların müraciətinə məhsulun növündən asılı olaraq müsbət cavab alındıqdan sonra icazə verəcək.
Diplomat, həmçinin Ankaradakı Başkent Universiteti tərəfindən Ukraynaya 3,5 min tibbi maska və 100 min cərrahiyyə xalatı gödərildiyini, ən yaxın zamanda ehtiyacı olanlara paylanacağını bildirib.

Geri dön