Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musiqi məktəbinin yetirmələri “Florida keys” beynəlxalq musiqi yarışmasında uğur qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Musiqi məktəbinin yetirmələri “Florida keys” beynəlxalq musiqi yarışmasında uğur qazanıb

Musiqi məktəbinin yetirmələri “Florida keys” beynəlxalq musiqi yarışmasında uğur qazanıb


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş “Florida keys” beynəlxalq musiqi yarışmasında iştirak edib.

İdarədən bildirilib ki, musiqi məktəbinin vokal (akademik) ixtisası üzrə 8-ci sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Atilla Məmmədov (müəllim Mahir Tağızadə), estrada oxuma ixtisası üzrə 8-ci sinif şagirdi, "Zima" Beynəlxalq musiqi festivalının iştirakçısı Nurdan Hüseynzadə (müəllim Solmaz Qasımova) və simli alətlər şöbəsinin müdiri Hülya Orucova (violin) keçirilən müsabiqədə uğurla çıxış edərək 1-ci yerə layiq görülüblər.

Müsabiqənin məqsədi dünyanın hər yerindən gənc, istedadlı musiqiçilərin üzə çıxarılması və təbliğidir ki, bu da onlara Nyu-Yorkun məşhur “Carnegie Hall”un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Müsabiqənin təşkilatçısı bəstəkar C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun dəstəyi ilə reallaşıb.

Qeyd edək ki, müsabiqənin əsas özəlliyi fiziki imkanları məhdud olan uşaqların da iştirak etməsindədir.

Geri dön