Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Oman dənizində Honkonq gəmisinə silahlı basqın edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran Oman dənizində Honkonq gəmisinə silahlı basqın edib

İran Oman dənizində Honkonq gəmisinə silahlı basqın edib


Oman dənizində Honkonqa məxsus gəmi silahlı basqına məruz qaldıqdan sonra İranın dəniz sularına tərəf aparılıb.



"Tanker Trackers" naviqasiya şirkətinin məlumatına əsasən, gəmi ya İranın Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri, ya da "Sepah" terror təşkilatı tərəfindən ələ keçirilib.



İngiltərənin dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şirkəti "Dryad Global" bildirir ki, gəmi Əl-Füceyrə və Cask limanları arasındakı sularda lövbər salıb, Səudiyyə Ərəbistanının Əl-Cəbil limanına doğru hərəkətinə icazə almaq üçün gözləyirmiş. Hücum da həmin ərəfədə baş tutub.



Məlumatlarda qeyd edilir ki, gəmi silahlı şəxslər tərəfindən İran sahillərinə gətirildikdən bir müddət sonra azad edilib və hazırda kapitan gəmiyə nəzarət edir.



Çin- Honqkonq bayrağı altında üzən gəmidə 22 ekipaj üzvü var və onların hamısı Çin vətəndaşlarıdır.



Britaniyanın Ticarət Təşkilatı yaşanan hadisədən sonra Hörmüz boğazı ətrafında olan öz gəmilərində ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib. Təşkilat həmçinin qeyd edib ki, Honqkonq gəmisi silahlı qüvvələrin məsələyə qarışmasından sonra azad edilib. Lakin həmin silahlı qüvvələrin hansı ölkənin hərbçiləri olduğu deyilmir.



Hələlik nə İran, nə də Amerikanın Bəhreyndə mənzillənmiş Hərbi Dəniz Donanması məsələyə münasibət bildirməyib.



Xatırladaq ki, 2019-cu ilin yay aylarında "Sepah" Əl-Füceyrə limanında bir neçə ticari gəmiyə qarşı təxribatçı hücum törətməklə yanaşı, Britaniyaya məxsus gəmini də saxlamışdı. Bundan sonra bölgədə gərginlik pik həddə çatmışdı.

Geri dön