Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Kürdüstan əyalətində 3-ü südəmər körpə olmaqla 7 azyaşlı uşaq koronavirisa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Kürdüstan əyalətində 3-ü südəmər körpə olmaqla 7 azyaşlı uşaq koronavirisa yoluxub

İranın Kürdüstan əyalətində 3-ü südəmər körpə olmaqla 7 azyaşlı uşaq koronavirisa yoluxub


İranın Kürdüstan əyalətində yaşı 5-ə çatmamış 7 azyaşlı uşaq koronavirisa yoluxub.



Bu barədə, Kürdüstan Tibb Universitetinin səhiyyə işləri üzrə köməkçisi İbrahim Qadiri aprelin 15-də mediaya açıqlama verib.



O deyib ki, Kürdüstan əyalətində yaşı 5-ə çatmamış 7 azyaşlı uşaqdan götürülən test analizləri müsbət çıxıb: “Koronavirusa yoluxmuş uşaqlardan 3-ü südəmər körpə uşaqlardır və onların yaşı heç bir aya da çatmır. Hazırda həmin uşaqlar əyalətin müxtəlif xəstəxanalarında müalicə alırlar.



Bir daha valideynlərə tövsiyə edirik ki, gigiyena qaydalarına riayət etsinlər və uşaqların “Covid-19” infeksiyasına yoluxmasına imkan və şərait yaratmasınlar. Hesab edirik ki, valideynlər həm də uşaqların oynamaq üçün küçə və parklara çıxmasının qarşısını almalı, mütəmadi olaraq, onların əllərini sabunla yuyub dezinfeksiya etməlidirlər” -deyə, İranın Kürdüstan əyalətinin Tibb Universitetinin səhiyyə işləri üzrə köməkçisi İbrahim Qadiri bəyan edib.

Geri dön