Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniyada qocalar evində koronavirusa kütləvi yoluxma baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial, Sağlıq > Almaniyada qocalar evində koronavirusa kütləvi yoluxma baş verib

Almaniyada qocalar evində koronavirusa kütləvi yoluxma baş verib


Almaniyanın Şlezviq-Qolşteyn şəhərindəki qocalar evində qalan 70 pensiyaçıdan 53-ü, həmçinin müəssisənin 60 işçisindən 19-u qısa müddətdə koronavirusa yoluxub.

Almaniya KİV-ləri xəbər verir ki, müəssisənin bütün əməkdaşları və sakinlərinin təcili testləşdiriləndən sonra yalnız 17 sakinin və 41 işçinin reaksiyası “mənfi” olub. Təkrar testləşdirmədən sonra daha çox sayda insanın yoluxmuş olmasının aşkar edilə bilməsi qorxusu var.
Qocaların evinin müdiriyyəti qərara alıb ki, yoluxmuş insanların gündəlik rejimində qəfildən baş verə biləcək dəyişikliklərin onların psixoloji vəziyyətinə təsir etməməsi üçün yoluxmuş əməkdaşlar yoluxmuş qocalara qulluq etməyı davam etdirsinlər.

Geri dön