Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Ali Audit Məhkəməsi: "Büdcədən idxalat üçün 4.8 milyard dollar ayrıldı, lakin ölkəyə heç bir məhsul idxal edilmədi"
İranın Ali Audit Məhkəməsi: "Büdcədən idxalat üçün 4.8 milyard dollar ayrıldı, lakin ölkəyə heç bir məhsul idxal edilmədi" |
İranın Ali Audit Məhkəməsinin sədri Adil Azər bildirib ki, 1 dolların 4200 tümən qarşılığında bəzi şəxslər və qurumlara ayrılması dövründə dövlət tərəfindən büdcədən zəruri məhsulların idxalatı üçün 4.8 milyard dollar miqdarında vəsait ayrılıb.
O, ötən gün Parlamentin plenar iclasında etidiyi çıxış zamanı bu qədər pulun hara yoxa çıxması barədə heç nə deməsədə, həmin vəsaitlərlə ölkəyə heç bir məhsulun idxal edilmədiyini bəyan edib. Rəsmi sözügedən dövrlərdə müxtəlif məqsədlər üçün müəyyən qurum və şəxslərə 4200 tümən məzənnəsi ilə ümumilikdə 31 milyard dollar pul ayrıldığını deyib. Adil Azərin sözlərinə əsasən, həmin vəsaitlərdən 12 trilyon tümən miqdarında valyuta qiymətlərində olan fərqlərə görə banklara köçürülməsi nəzərdə tutulsa da, bu günə qədər bu pullardan 10.5 trilyon tüməni banklara köçürülməyib. 2018-ci ildə İranda valyuta böhranı yaşandıqdan sonra bu ölkənin vitse-prezidenti İshaq Cahangiri həmin ilin aprel ayının 8-də bildirmişdi ki, İqtisadi Qərargahın qərarına əsasən, dolların bazarlarda 4200 tüməndən baha qiymətə satılması qanunsuz və qaçaqmalçılıq hesab ediləcək. Tənqidlərdən sonra İran hökuməti qərarı dəyişmiş, bu qiymətlə valyutanı yalnız zəruri ərzaq ehtiyacları üçün ayıracağını bəyan etmişdi. Lakin Ali Audit Məhkəməsinin hesabatı göstərir ki, ayrılmış 4.8 milyard dollar vəsait yoxa çıxıb və onun hansı istiqamətdə xərcləndiyi məlum deyil. Adil Azər həmçinin qeyd edib ki, Neft Məhsullarının Paylanması Şirkəti neft məhsullarının ixracatından əldə etdiyi 414 milyard tümən və 20 milyon dollardan çox vəsaiti Dövlət Xəzinədarlığı İdarəsinə köçürməyib. O, sonda ölkə rəsmilərindən bir çoxunun korrupsiya əməllərinin miqdarı, eləcə də qanunsuz olaraq aylıq 50 milyon tüməndən çox əməkhaqqı almalarına toxunub. İran prezidenti Həsən Ruhani isə bu gün Adil Azərin təqdim etdiyi hesabatı kəskin tənqid edərək, Ali Audit Məhkəməsini "məlumatsızlıq"da günahlandırıb və hesabatda qeyd edilənlərin "100% səhv" olduğunu iddia edib. "Nəzarət orqanının bu cür uyğunsuz rəyi İslam Respublikasına qarşı pis addımdır. Nəzarət orqanlarının lazımi səviyyədə diqqət etmədən ürəkləri istəyən hər bir şeyi bəyan edə bilməmələri üçün dövlətin müxtəlif qurumları bu bəyanata cavab verməlidirlər", - deyə Ruhani fikrini tamamlayıb. Geri dön |