Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin pandemiya təklifləri və edilən təhriflər - MÜSAHİBƏ
Fərəc Quliyevin pandemiya təklifləri və edilən təhriflər - MÜSAHİBƏ |
“Önləyici tədbirlərin görülməsi üçün bugünkü virusa yoluxmuş adamlardan materiallar götürülüb kantenirlərdə yerləşdirib gələcəyə saxlamaq vacibdir”
Koronavirus pandemiyası bəşəriyyət üçün təhlükəli olan virusdan xilas olmaq üçün bütün gücləri birləşdirməyi tələb edir. Pandemiyanın geniş vüsət alaraq dünyada iqtisadi börhan yaradacağı və sivilizasiyaları çökdürəcəyi ilə bağlı proqnozlar təsadüfi deyil. Təbii olaraq, Azərbaycan cəmiyyəti də bu virusun yaranması, yayılması və törədə biləcəyi fəsadların aradan qaldırılması üçün bütün ehtimallar üzərində ciddi araşdırmalara ehtiyac duyulduğunu önə çəkməkdədir. Bu mənada elm adamlarının, alimlərin üzərinə düşən öhtəliklər var və məsələnin araşdırılması gündəmin əsas müzakirə mövzusudur. Bu, həm də Pandemiyadan sonrakı dönəm üçün hansı hazırlıq tədbirlərinin görülməsi ilə bağlı sualları ortaya çıxarır. Versus.az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev müsahibəsində bu və ya digər məsələlərlə bağlı çox ciddi nüanslara diqqət çəkib. “Pandemiya ilə bağlı sonrakı dövr üçün ciddi hazırlıqlar başladılmalıdır” - Fərəc bəy, bəllidir ki, pandemiya dünyada yeni bir dönəmin başlanğıcı kimi dəyərləndirilir. Necə hesab edirsiniz, cəmiyyət olaraq biz planlaşdırılmadan gələn dönəmin sonrakı “sürprizlərinə” hazırıqmı? Təklifləriniz nədir? - Pandemiyaya qədər də dünyada təməl trendlər dəyişərək dövlətin və həyatın yeni təbiətini müəyyənləşdirmək zərurəti yaratmışdı. Sərt gücdən, yumşaq gücə keçid daha cəlbedici idi. Artıq istehsal-istehlak-böyümə düsturu da yetərsiz kimi görünürdü. Bütün bu təməl parametrlər içərisində, texnologiyadakı dəyişimlər; süni zəka və mobillik mərkəzli inkişafı bütün insan həyatını və təbiətini dəyişdirməyə namizəd idi. Bu da Pandemiyaya hazırlıq dövrünü qısaltdı. Koronavirus pandemiyası dünya iqtisadiyyatına ağır zərbə vurdu və bundan sonra daha ciddi problemlər, çöküşlər, iflaslar gözlənilir. Sadaladığım və daha yeni çağırışlar aktuallaşdı. Artıq bir çox beynəlxalq maliyyə qurumları böyük böhranın başladığını gizlətmirlər. Beynəlxalq Valyuta Fondunun (BVF)prezidentinin sözlərinə görə, koronavirusa qarşı ən həssas olanlar iqtisadiyyatları yüksəlməkdə və inkişaf etməkdə olan ölkələrdir. Dünyanın bir sıra transmilli şirkətlərinin iflas edəcəyi, çox sayda iş yerlərinin bağlanacağı, sosial narazılığın artacağı da istisna edilmir. Ən çox zərəri isə iqtisadiyyatını tam formalaşdıra bilməyən ölkələr görəcəklər. Ona görə pandemiyadan sonrakı dövr üçün ciddi hazırlıqlar başladılmalıdır. Neft ölkəsi olmamız və neft ətrafında baş verənlər dövrün trendinə uygun davranış tələb edir. Yaxın dövr üçün ölkəmizdə iqtisadiyyatın ən geniş sahəsi sayılan fərdi sahibkarların və işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər təqdirəlayiqdir. Perspektiv üçün isə yalnız mikro iqtisadi elementlərin dəstəklənməsiylə kifayətlənmək olmaz. Ayrılıqda bu addımın qarşılaşacağımız böhran dövründə ölkə iqtisadiyyatının inkişafına, yaxud özünü toparlamasına təsiri yetərli olmayacaq. Makro sahibkarlıq subyektləri qorunmaqla fərdi sahibkarlığı da çətin vəziyyətdən qurtarmaq olar. Bunun üçün isə böyük vəsaitə ehtiyac var. Çünki mikro sahibkarlıq sahələri böyük istehsal sahələrindən qidalanır. Biz aqrar-sənaye ölkəsiyik və ölkə əhalisinin 41%-nin məşğulluq sahəsi kənd təsərrüfatıdır. Bura qoyulan vəsait həm bu 41% əhalin işlə təminatı, həm də böhran dönəmlərində əhalinin ərzaqla təminatını problemini həll etmiş olur. Ona görə də ərzaq təhlükəsizliyi ilə bağlı müraciətimdə bu sahəyə yönəlik təkliflərimi önə çıxarmağa çalışdım. “Materiallar götürülüb kantenirlərdə yerləşdirib gələcəyə saxlamaq vacibdir” - ABŞ Ədliyyə nazirliyi iki gün əvvəl koronavirusu bioloji silah adlandırdı və onu terror vasitəsi saydı. Maraqlıdr, siz aprelin əvvəlində xaricdə yaşayan soydaşlarımız və mütəxəssislərimizə müraciətdə bu virusun özü və ya mutasiyaya uğrayacaq formasının bioloji silah kimi işlədilə bilməsini və Azərbaycanın önləyici tədbirlər üçün hazırlıqlı olmasına çağırış etmişdiniz. Hansı hazırlıqlardan söz gedir? - Doğrudur. Çağırışımda dediyiniz məsələyə yönəlik təklifim də öz əksini tapmışdı. Bildirmişdim ki, proseslərə Azərbaycanda olan alimlərimiz, həkimlərimiz cəlb olunub. Amma həm də xaricdə olan alimlərimizin də- virusoloqların, hemotoloqların, toksiqoloqlarımızın, başqa sahənin mütəxəssislərinin, genetika ilə məşğul olan alimlərimizin virtual formada olsa da, həftədə bir dəfə müşavirə keçirməsi mümkündür. Elektron formada artıq bir qərargahın yaranması mümkündür. Onlar yaşadıqları ölkələrdə olan təcrübəni bir-biri ilə bölüşərək Azərbaycanda bir sistemin qurulmasına kömək edə bilərlər. Bunu ölkədə yaradılmış qərargahın nəzdində ciddi şəkildə daimi fəaliyyət göstərən bir quruma da çevirmək mümkündür. İnternet üzərindən bu fəaliyyəti göstərmək məncə çətin deyil. Xüsusən molekulyar biologiya, genetika ilə məşğul olan alimlərimizin axtarışlarını stimullaşdırmaq lazımdır. Eynən bu cür ifadə etmişdim ki, biz başqalarından çox şey gözləməyək. Örnək verdim ki, ikinci dünya savaşında Yusif Məmmədəliyevin “oktan” ədədi ilə bağlı etdiyi yenilik və ixtira, reaktiv mərmilərin hazırlanması ilə bəlkə də dünyanın taleyini yaxşıya dəyişdi. Tibb sahəsindəki alimlərimiz də dərmanların tapılması, vaksinlərin hazırlanması üçün müəyyən işlər görə bilərlər. Artıq müəyyən tədbirlər görülməlidir ki, gələcəkdə bioloji silaha qarşı mübarizə mərkəzinin yaranması ilə bağlı indidən bir təməl qoyulmalıdır. Düşünürəm ki, gələcəkdə Müdafiə Nazirliyinin və ya Fövqəladə Hallar Nazirliyinin nəzdində daimi və məxfi fəaliyyət göstərən belə bir mərkəzin olması vacibdir. Önləyici tədbirlərin görülməsi üçün bugünkü virusa yoluxmuş adamlardan materialların götürülüb kantenirlərdə yerləşdirib gələcəyə saxlamaq vacibdir. Bu, gələcəkdə bu virusun özünün müəyyən qədər dəyişikliyə uğraması, mutasiyadan sonra yeni növlərin ortaya çıxması məqamında bu lazım ola bilər. Biz müharibə aparan ölkəyik. Bizi təhdid edən şəraitlərdə bu materiallardan, bioloji silahlara qarşı işilədilə biləcək müəyyən dərmanların hazırlanması üçün istifadə edə bilərik. Yuxarıda göstərilənlər müraciətimdə prioritetlərdən idi. Hər halda sistemli tədbirlər görməliyik, hazırlığımız olmalıdır. ABŞ Ədliyyə Nazirliyinin son günlərdəki bu münasibəti məncə, təklifimin müvafiq strukturlar tərəfindən daha da ciddiyə alınmasını zəruri edir. “Onların insanları çaşdıran bəyanatlar vermələrinin hər kəs şahididir” - Fərəc bəy, bəzən verdiyiniz təkliflərin mətbuatda təhrif olunmuş şəkildə təqdim edildiyini qeyd edirsiz. Elə bir qədər öncə “Yeni Müsavat”-a verdiyiniz müsahibənin də bəzi saytlar tərəfindən “çıxarış”larla yayımlandığını bildirmisiz. Necə hesab edirsiz, burda qərəz, sui-istifadə var, yoxsa yenə də günah “jurnalistin qeyri-peşəkarlığı”nın üzərində qalır? - Mən “Yeni Müsavat”-a müsahibə vermişdim. Müsahibədə söhbət Milli Şuranın daim ittihamçı və etirazçı olmasından gedir. Məlum şəbəkə əllərində olan sayt və internet tv-lərdə bilərəkdən bu müsahibədən seçmələr edib, fikirləri təhrif edərək, bunu tərəfimdən əhaliyə ünvanlanmış fikir kimi təqdim etməyə çalışıblar. Müxbir məndən soruşur ki, daxildə proseslərə kölgə salmağa cəhd edənlərin olduğunu qeyd etdiniz, kimləri nəzərdə tutursunuz? Bildirirəm ki, özünü radikal adlandıran qüvvələrin, xüsusilə Milli Şura üzvlərinin çağırışlarının, insanları çaşdıran bəyanatlar vermələrinin hər kəs şahididir. Milli Şura bir sahəyə beş manat verilməsini istəyir, verirsən, deyir on beş manat verməlisən, yaxud hansısa sektorun inkişafı, məşğulluqla bağlı vəsait ayrılırsa, deyir bu gün iş yerinə ehtiyac yoxdur. Dünənə qədər sən məşğulluq tələb edirdin, indi fərqli yanaşma ortaya qoyursan. Heç öz tələblərinə münasibətdə də ciddi davranmırlar. Belə yanaşma olmaz. Təhrif, montaj, sosial şəbəkələrdə təhqir və s. bunların adətidir. Bir daha bildirirəm, həssas dönəm yaşayırıq, ölkənin taleyindən söhbət getdiyini qətiyyən unutmaq olmaz. İnsanları isə çox qisa zaman çərçivəsində çaşdıra bilərlər. Mən 3 apreldə əhalinin maraqlarını özundə daha ətraflı ifadə edən ərzaq təhlükəsizliyi ilə bağlı müraciət etmişəm, əhali mövqeyimi bilir. LƏMAN/Versus.Az Geri dön |