Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qum Tibb Elmləri İnstitutunun rəhbəri: "Şəhərdə koronavirusun yenidən kəskin yayılmasından narahatıq"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qum Tibb Elmləri İnstitutunun rəhbəri: "Şəhərdə koronavirusun yenidən kəskin yayılmasından narahatıq"

Qum Tibb Elmləri İnstitutunun rəhbəri: "Şəhərdə koronavirusun yenidən kəskin yayılmasından narahatıq"


Qum Tibb Elmləri İnstitutunun rəhbəri Məhəmməd Rza Qədir bildirib ki, son 24 saat ərzində şəhərdə 103 nəfər koronavirusa yoluxma ehtimalı ilə xəstəxanalara qəbul edilib.



Onun sözlərinə görə, həmin şəxslərdən infeksiyaya yoluxduğu qətiləşən 27 nəfər xəstəxanalara yerləşdirilir. Qalanları isə tibbi müayinə yazılaraq evə buraxılıb. Bu müddət ərzində 14 aktiv koronavirus xəstəsi isə sağalaraq evə buraxılıb.



Məhəmməd Rza Qədir dövlətin qəbul edilmiş sosial izolyasiya tədbirlərini azaltmasının Qumda koronavirusun yayılmasının 2-ci dalğasına səbəb olacağından narahat olduqlarını deyib.



O, sonda bir çox insanın göstərilən tövsiyələrə və digərləri ilə təmasdan çəkinməyə əməl etməməsinə işarə edərək, məhdudiyyətlərin azaldılmasının ağır nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.

Geri dön