Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəncanda ətraf mühiti çirkləndirən zavodun fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncanda ətraf mühiti çirkləndirən zavodun fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib

Zəncanda ətraf mühiti çirkləndirən zavodun fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib


Güney Azərbaycanın Zəncan əyalətinin Çayırlı kəndinin əhalisi qurğuşun zavodunun zəhərli tullantılarının kəndə boşaldılmasına qarşı etiraz aksiyası keçirib.



Zavodun tullantılarının bu kəndə boşaldılması ətraf mühitin çirklənməsi, eləcə də əhalinin sağlamlığına təhlükə törətməsinə səbəb olur.



Zəncan şəhərindən 45 kilometr məsafədə yerləşən Çayırlı kəndinin sakinləri zəhərli tullantıların təsiri nəticəsində keçən il doğulan mal-qaranın 70 faizinin qüsurlu olduğunu deyirlər.



Zavodun tullantılar 15 ildən artıq idi ki, qeyri-standard üsullarla Zəncan şəhərinin ətrafında dəfn edilirdi. Bu məsələ keçən illərdə dəfələrlə Zəncan əhalisinin etirazlarına səbəb olub. Lakin İran rəsmiləri məsələni həll etmək yerinə bu tullantıların dəfn edilmə yerini dəyişərək Çayırlı və Zəncan-Dəndi magistral yolunun istiqamətində yerləşən bir neçə kəndin ətraf ərazisinə köçürüblər.



Yerli mətbuatın dərc etdiyi məlumata əsasən, Zəncan əyalətinin Ətraf Mühitin Mühafizəsi idarəsi əhalini aldadaraq “tullantıların standard və təhlükəsiz şəkildə yeni yerə köçürülüb, saxlanılması” haqda vədlər verib, ancaq verilən sözlərin heç birinə əməl edilməyib.





Ekologiya mütəxəssisləri zavodun bölgənin torpağı və sularını çirkləndirdiyinə və əhalinin sağlığına zərər verdiyinə inanırlar. Onların fikrincə, zavodun qeyri-standard fəaliyyəti nəticəsində bölgədəki bitkilər və meyvə bağları da korlanıb.

Geri dön