Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı artıb

Güney Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı artıb


Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artmaqdadır.



Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində koronavirusdan daha 14 nəfərin öldüyünü bildirib. Bununla da günümüzədək bu xəstəlikdən ölənlərin sayı 292 nəfərə çatıb. Onun dünən verdiyi açıqlamasına görə, Şərqi Azərbaycanda bu günədək 3437 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Məhəmməd Hüseyn Somi koronavirus infeksiyasının əyalət üzrə ən çox Əhər şəhərində yayıldığını diqqətə çatdırıb.



Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə infeksiyadan ölənlərin sayının 134 nəfərə çatdığını açıqlayıb. O Qərbi Azərbaycanda 1805 nəfərin bu virusa yoluxduğunu bildirib.



Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, bu əyalətdə infeksiyaya yoluxanların sayı 865, xəstəlikdən ölənlərin sayı isə 89 nəfədir.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir.



Güney Azərbaycanın digər əyalətləri, o cümlədən, Ərdəbil, Qəzvin və Həmədanın səhiyyə xidmətinin məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.



Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu qeyd edir.

Geri dön