Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT mütəxəssisləri İranı vicdan, siyasi və xarici məhbusları dərhal azad etməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > BMT mütəxəssisləri İranı vicdan, siyasi və xarici məhbusları dərhal azad etməyə çağırıb

BMT mütəxəssisləri İranı vicdan, siyasi və xarici məhbusları dərhal azad etməyə çağırıb


Birləşmiş Millətlər Təşkilatının insan haqları mütəxəssisləri yaydıqları bəyanatda rəsmi Tehranı koronavirusla əlaqədar olaraq bütün siyasi və vicdan məhbuslarını, habelə bu ölkədə məhkumluq həyatı yaşayan xarici ölkə vətəndaşlarını dərhal azadlığa buraxmağa çağırıb.



İmzalayanlar arasında BMT-nin İran üzrə xüsusi həmməruzəçisi Cavid Rəhmanın adı da olan bəyanatda İranın pandemiya ilə əlaqəli müvəqqəti azadlığa buraxdığı məhkumların məzuniyyət müddətini uzatmaması, eləcə də həbsxanalarda hökm sürən əlverişsiz və anti-sanitar vəziyyət kəskin tənqid olunub.



İranda hər 10 dəqiqədə 1 nəfərin koronavirusdan öldüyü ilə bağlı bu ölkə rəsmilərinin səsləndirdikləri fikirlərə işarə edərək, BMT müxətəssisləri rəsmi Tehranın hələ də çoxlu sayda məhkumu həbsxanalarda saxlamasının onların həyat və sağlamlığını ciddi təhdid etdiyini qeyd ediblər. Onların arasında vicdan və siyasi məhbuslar, insan haqları fəalları, ekoaktivistlər, ikili vətəndaşlığı olanlar və xarici ölkə vətəndaşlarının da olması bəyanatda vurğulanıb.



Sənəddə həmçinin BMT-nin insan haqları müvəkkili Mişel Baçeletdan mövcud şəraitdə Amerikanın İrana qarşı sanksiyalarının yüngülləşdirməsi üçün təlaş göstərməsi istənilir. Halbuki, rəsmi Vaşinqton sanksiyaların humanitar sektoru əhatə etmədiyini, İranın istənilər ölkə ilə dərman, qida və tibbi ləvazimatlar sahəsində heç bir məhdudiyyət olmadan əməkdaşlıq edə biləcəyini bəyan edir.



BMT mütəxəssislərinin azadlığını tələb etdiyi məhkumlar içərisində saxta "casusluq" ittihamı ilə tutulan güney azərbaycanlı araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calalinin də adı var.



BMT mütəxəssisləri sonda qeyd ediblər ki, ABŞ- İran vətəndaşı olan Murad Tahbaz və İran- Avstriya vətəndaşı Murad Müsahib qızdırma və öskürən kimi koronavirus əlamətləri olan məhbuslarla eyni kamerada saxlanılırlar. Bu isə həmin şəxslərin həyatlarına qarşı açıq-aşkar təhdiddir.

Geri dön