Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı deputat: "Koronavirusdan sonra iqtisadiyyatımız dəhşətli vəziyyətə düşəcək"
İranlı deputat: "Koronavirusdan sonra iqtisadiyyatımız dəhşətli vəziyyətə düşəcək" |
İran Milli Məclisinin deputatı Qulaməli Cəfərzadə İmənabadi ölkə iqtisadiyyatının koronavirus pandemiyası sovuşandan sonra dəhşətli vəziyyətə düşəcəyini, 1 milyon adamın isə işsizlər sırasına qoşulacağını deyib.
Onun sözlərinə görə, koronavirus nəticəsində dünya üzrə işsiz qalacaq insanların 1 milyon nəfəri İranın payına düşür. "Hazırda ölkəmizdə azı 3- 5 milyon arası işsizin olduğunu nəzərə alsaq, vəziyyətin necə dəhşətli olacağını demək mümkündür. Kəskin işsizlik həddi, kiçik və böyük müəssisələrdən bir çoxunun bağlanması, bahalaşma və inflyasiya həddinin yüksəlməsi koronavirusdan sonra üzləşəcəyimiz ən dəhşətli hallar olacaq. Bizim iqtisadiyyatımızın qızdırması yüksələcək və iqtisadiyyatda daha şiddətli qızdırmanın şahidi olacağıq", - deyə deputat əlavə edib. Qulaməli Cəfərzadə həmçinin elan edilən statistikalara əsasən, Tehran əyalətində 34 min, İsfahan əyalətində isə 40 mindən artıq insanın işsiz olmasını ölkə iqtisadiyyatının zəif olduğunun göstəricisi kimi dəyərləndirib. Deputat sonda qeyd edib ki, dövlət iqtisadiyyat və əhalinin sağlamlığı arasında balans yaratmağa məcburdur. Məhdudiyyətlərin uzadılması "iqtisadiyyatın çökməsinə" səbəb olacağından, insanların yenidən işlərinin başına qayıtması "qaçılmaz hal"dır. Qeyd etmək lazımdır ki, İran hökuməti ölkədə koronavirusun kəskin həddə yayılmasına və yüksək sayda insan tələfatına baxmayaraq, iqtisadi amilləri əsasə gətirməklə, ötən həftə dövlət qurumları və istehsal müəssisələrinin əksəriyyətində tətbiq edilmiş tətillər və izolyasiya tədbirlərini ləğv edib. Geri dön |