Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərk Cəmiyyəti həbsdə olan güney azərbaycanlı fəalların vəziyyəti barədə BMT-yə hesabat göndərib
Ərk Cəmiyyəti həbsdə olan güney azərbaycanlı fəalların vəziyyəti barədə BMT-yə hesabat göndərib |
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti həbsdə olan güney azərbaycanlı fəalların vəziyyəti barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat göndərərək onların sərbəst buraxılmamasından nigaranlığını bildirib.
Ərk Cəmiyyəti vurğulayıb ki, Azərbaycan əhalisi və insan hüquqları qurumlarının nigaran olmasına baxmayaraq həbsxanalarda koronavirus infeksiyasının geniş yayıldığı bir vaxtda Abbas Lisani, Tövhiq Əmir Əmini, Lətif Həsəni, Məhəmməd Əbdulməhəmmədzadə və s. kimi azərbaycanlı mədəni fəallar məzuniyyətə buraxılmayıb. Həbsxanalarda tutumundan çox məhbus saxlanması, tibbi imkanların məhdud olması və həbsxanaların natəmiz vəziyyətdə olmasının qeyd olunduğu hesabatda bildirilib ki, tanınmış azərbaycanlı fəal Abbas Lisaninin həbsdə olan fəallar və özünün məzuniyyətə buraxılması ilə bağlı tələbinə bu günədək cavab verilməyib. “İnsan hüquqları fəallarının Ərdəbil zindanı barədə etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, həbsxananın 1 və 6-ci bölümünün 8 məhbusu koronavirus xəstəstəliyinin əlamətləri göründüyü üçün zindanın poliklinikasına aparılıb. Onlara ampula və ağrıkəsici dərmanlar resepti yazıldıqdan sonra həbsxanaya qaytarılıb. Onlardan ikisinin vəziyyəti ağır olub və xəstəxanaya köçürülmələrini istəyiblər. Lakin bu mümkün olmayıb. Sonda məhbuslar onları istirahət etmək üçün korpusa gətirib. Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti bu hadisə ilə bağlı nigranlığını bildirərək həbsxanaya baxış keçirilməsi və azərbaycanlı fəallar, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadənin İran həbsxanalarından azad edilməsini tələb edir.”- deyə hesabatın bir hissəsində qeyd olunub. Ərk Cəmiyyətinin hesabatı BMT ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatına da göndərilib. Bu barədə cəmiyyətin müdiri xanım Jalə Təbrizi məlumat yayıb. Geri dön |