Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Türk dünyasının coğrafiyası və etnosu” kitabının üçcildliyi üzərində işlər davam edir
“Türk dünyasının coğrafiyası və etnosu” kitabının üçcildliyi üzərində işlər davam edir |
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi fəaliyyətini karantin şəraitinə uyqunlaşdıraraq onlayn şəkildə davam etdirir.
İnstitutdan bildirilib ki, əməkdaşlar nəzərdə tutulan plan üzrə tədqiqat aparmaqla yanaşı, “Türk dünyasının coğrafiyası və etnosu” kitabının üçüncü cildi üzərində işlərini uğurla tamamlamağa çalışırlar. Əvvəlcədən aparılmış bölgüyə əsasən institutun 20-dən çox alimi öz bölmələrini yazıb elektron formada təqdim ediblər. Kitabın buraxılışına məsul olan, elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun məlumatına görə, bu əsər son illər Coğrafiya İnstitutunun yerinə yetirdiyi və respublika miqyasından kənar ərazilərin coğrafiyasına həsr edilən ən mühüm işlərdən biridir. Kitabın birinci cildi 2019-cu ildə çap edilib. Həmin cild rus dilinə də tərcümə olunub və nəşr edilərək oxucuların istifadəsinə verilib. Kitabın digər cildlərinin də rus dilinə tərcümə edilməsi və MDB məkanında yerləşən türkdilli dövlətlərə, eləcə də Rusiya Federasiyası tərkibindəki milli türk qurumlarına göndərilməsi nəzərdə tutulur. Kitabın ikinci cildi bu ilin əvvəlində çapdan çıxıb. “Regional coğrafiya” adlanan və 3 fəsildən ibarət cildin birinci fəsli müstəqil türk dövlətlərinə həsr edilib. Burada həmin dövlətlərin həm fiziki, həm də iqtisadi-sosial coğrafiyası haqqında məlumatlar öz əksini tapır. İkinci fəsil Rusiya Federasiyası tərkibində olan milli türk qurumlarının, Çin Xalq Respublikasının tərkibindəki Sintszyan-Uyğur Muxtar rayonunun fiziki və iqtisadi-sosial coğrafiyasına həsr edilib. Kitabın üçüncü fəsli isə müstəqil dövləti və milli qurumu olmayan türk xalqlarının coğrafiyası haqqındadır. İşin gedişini təhlil edən direktor müavini “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin “Regional coğrafiya” adlanan bu cildinin də yüksək elmi keyfiyyətlə hazırlanıb vaxtında çap edilərək oxuculara çatdırılacağına əminliyini bildirib. Həmçinin diqqətə çatdırıb ki, Coğrafiya İnstitutunun elmi seminarları aprelin 22-dən etibarən öz işini əvvəlki kimi, hər həftənin çərşənbə günündə onlayn şəkildə davam etdirəcək. Geri dön |