Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda ətraf mühit müdafiəçilərinə qarşı sui-qəsd...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda ətraf mühit müdafiəçilərinə qarşı sui-qəsd...

Güney Azərbaycanda ətraf mühit müdafiəçilərinə qarşı sui-qəsd...


Güney Azərbaycanda iki məşhur jurnalist və ətraf mühit müdafiəçisi naməlum şəxs və ya orqanlar tərəfindən sui-qəsdə məruz qalıb.



Bu barədə azərbaycanlı vəkil və “Nəsr” xəbər agentliyinin hüquqi məsələlər üzrə müşaviri Sina Yusifi öz Twitter səhifəsində məlumat paylaşıb.

“8 ay əvvəl “Nəsr”in müxbiri Aydın Təbrizinin avtomobilinin əyləcləri dayandı. Dünən gecə isə cənab Söhrabinin avtomobili odda yandı. Bu iki müxbir Azərbaycanda ağacların kəsilməsi, Əndəryan Qızıl Mədəni və “Kavə Soda” zavodunun ətraf mühiti çirkləndirməsi mövzusu isə məşğul olurdular.”- deyə o qeyd edib.

Qeyd edək ki, təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Bu maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur.



Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi problemi uzun illərdir ki, davam edir. Rəsmi orqanlar, o cümlədən Ətraf Mühit İdarəsi bu barədə olan məlumatı ictimaiyyətdən gizlədərək problemin bu günkü həddə çatmasına səbəb olublar.

Mart ayında Əndəriyan Qızıl Mədəninin ətrafında yerli kənd əhalisinin mal-qarası kütləvi şəkildə tələf olmuşdur. Bundan sonra mədənin fəaliyyəti rəsmi orqanlar tərəfindən müvəqqəti olaraq dayandırılıb.



Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi də adi hala çevrilib. Bu məsələ ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur.

Geri dön