Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Akif Nağıdan ziyalılara şok ittiham: “Bu dəyyuslar, xəyanətkarlar...” - MÖVQE
Akif Nağıdan ziyalılara şok ittiham: “Bu dəyyuslar, xəyanətkarlar...” - MÖVQE |
QAT rəhbəri Zərdüşt Əlizadəni, Niyazi Mehdini, Rəhman Bədəlovu, Arzu Abdullayevanı hədələdi
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı politoloq Zərdüşt Əlizadə, professor Niyazi Mehdi, folosof Rəhman Bədəlov və hüquq müdafiəçisi Arzu Abdullayevanı hədələyib. Modern.az bildirir ki, bununla bağlı yazdığı müəllif yazısında Akif Nağı azərbaycanlı ziyalıların Gürcüstanın Təkəli kəndində erməni QHT rəhbərləri ilə görüşünü kəskin tənqid edib və bu görüşə qatılanları “xəyanətkar” adlandırıb. “Zərdüşt Əlizadə Arzu Abdullayeva ilə birlikdə yenə də iş başındadırlar, xəyanətlərini davam etdirir, ermənilərlə görüşürlər. Bu dəfə sərhəddə, Azərbaycan–Ermənistan sərhəddində deyil, Ermənistan-Gürcüstan sərhəddində, azərbaycanlıların yaşadıqları Təkəli kəndində xəlvəti şəkildə, tülkü kimi, suçlu adamlar kimi gizlincə görüşüblər”-deyə A.Nağı QAT-ın saytında yazıb. A.Nağı daha sonra “bir yazıq filosof var, Rəhman Bədəlov, onu da özləri ilə götürüblər. Yəqin aldadıb aparıblar, ancaq özünü yığışdırsın, yoxsa elə günə salarıq ki, Hegeli, Kantı nədi, özünü də yaddan çıxararsan” –deyə bildirib. “Arzuya, Zərdüştə ağlı getməsin, onlar artıq sırtılıblar, bu üzlərinə tüpürürsən, o biri üzlərini çevrirlər. Rəhman müəllim abırlı adamdı, bizim təpkilərə dözə bilməz. Bəzi məlumatlara görə, Niyazi Mehdi də bu prosesdə iştirak edir. Elədirsə, çox təssüf, deməli o da ermənilərin pul kisəsindən asılı vəziyyətə düşdü”. Akif Nağı bildirib ki, bu görüş təklifi erməni QHT-çisi Georgi Vanyandan gəlib: “Hərdən bizi “xəyanət” sözünü işlətməkdə qınayırlar. Amma bu “marallar”ın hərəkəti əsl xəyanətdir. Bu ifadəni elə-belə işlətmirəm. Ona görə xəyanətdir ki, onlar düşmənin siyasətinə xidmət edirlər, təşəbbüs də erməni QHT-çi (oxu: çeteçi ) Georgi Vanyandan gəlib. Bu, o Vanyandır ki, bir neçə il bundan əvvəl mənə telefon açmışdı ki, “gəlin əməkdaşlıq edək, beynəlxalq fondlar nə qədər desəniz, pul verəcəklər”. Mən soruşdum ki, “nə üçün məhz bizimlə, QAT-la əməkdaşlıq etmək istəyirsiniz?” Cavab verdi ki, “indiyə qədər Arzu Abdullayeva, Zərdüşt Əlizadə kimiləri ilə əməkdaşlıq etmişik, heç bir nəticəsi olmayıb, onlar ikiüzlüdürlər, burada bir söz, orada başqa söz deyirlər, onların dediyinin cəmiyyətə təsiri də yoxdu, ona görə sizinlə əməkdaşlıq etmək istəyirik”. Biz o vaxt onun təklifini rədd etdik. Bir dəfə bunu Zərdüştə dedim. Dedi ki, “ola bilməz, Vanyan belə şey deməz”. Tipik müsəlman mövqeyidir: mənə, öz həmtayfasına yox, erməniyə inanır”. A.Nağı daha sonra bildirib: “Ümumiyyətlə, bunlar yaxşı bilirlər ki, onların fəaliyyətinin heç bir mənası yoxdur, ictimai rəyə təsiri yoxdur. Sadəcə, bir dəstə dələduz (“moşennik”), Azərbaycandan, Ermənistandan və başqa yerlərdən yığışıblar bir yerə, iş görmək adı altında beynəlxalq fondların pullarını yeməklə məşğuldurlar.Amma məsələnin maraqlı tərəfi odur ki, erməninin dələduzları da öz millətinə xidmət edir, bu hərəkətləri ilə erməni marağına zərrə qədər də olsun xələl gətirmir, çünki bu görüşlər və sairlər hazırkı vəziyyətin, işğal vəziyyətinin saxlanılmasına xidmət edir. Azərbaycanlı dələduzlar və dəyyuslar isə mövcud vəziyyətin saxlanılmasına xidmət edən prosesdə iştirak etməklə xəyanətkar yol tuturlar. Bunun xəyanətdən başqa adı yoxdur. Bu dəyyuslar özlərinə haqq qazandırmağa çalışmasınlar. Deyəsən, çox kəskin alındı. Amma bunlar başqa cür başa düşmürlər. Bunu da başa düşməsələr, qıvrılıb bir yerdə oturmasalar, ondan sonra bizdən inciməsinlər”. Geri dön |