Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > SEPAH-la əməkdaşlıq etməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu
SEPAH-la əməkdaşlıq etməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu |
Bakı Ağır Cinayətlər Məhkəməsində “İran İslam İnqilabı Keşikçiləri Korpusu” – SEPAH-la əməkdaşlıq etməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, dəstə üzvləri 10 ildən 15 ilədək azadlıqdan məhrum edilib. Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyin (MTN) martın 14-də yaydığı məlumata əsasən, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər tutulub. Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları - Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu və qeyriləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "İslam İnqilabının Mühafizəçiləri Korpusu” "SEPAH"ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, "SEPAH"ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edərək, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb və verib, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları "SEPAH"ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər. Geri dön |