Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı deputat Mahmud Sadiqiyə qarşı həbs hökmü çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı deputat Mahmud Sadiqiyə qarşı həbs hökmü çıxarılıb

İranlı deputat Mahmud Sadiqiyə qarşı həbs hökmü çıxarılıb


İran Milli Məclisinin deputatı Mahmud Sadiqi məhkəmənin hökmü ilə həbsə məhkum edildiyi barədə məlumat yayıb.



Millət vəkili həbs müddəti və digər detalları açıqlamayıb. O, bunun səbəbini ölkədə koronavirusun yayılması ilə əlaqələndirib.



Sadiqi əlavə edib ki, hökmdən apellyasiya şikayəti verib və hazırda onun şikayəti araşdırılır.



Lakin "Sepah" terror təşkilatına məxsus "Fars" xəbər agentliyi məsələ ilə əlaqədar yaydığı məlumatda Sadiqiyə 21 ay həbs və 5 milyon tümən pul cəzası kəsildiyini qeyd edib. Buna baxmayaraq, agentlik bir müddət sonra xəbərin mətnindən dəqiq rəqəmləri silib.



Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Mahmud Sadiqi Məhkəmə Sisteminin sabiq sədri, hazırda isə Ali Məsləhət Şurasının sədri olan Sadiq Laricanini "Twitter" hesabında tənqid etmişdi. O, Laricaninin Məhkəmə Sisteminə rəhbərlik etdiyi dövrdə həmin qurumu korrupsiya və özbaşınalığın aldığına diqqət çəkərək, Ali Məsləhət Şurasının sədri vəzifəsini icra etməyə layiq olmadığını bildirmişdi. Laricani bu fikirlərinə görə deputatı məhkəməyə vermişdi.

Geri dön