Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Karantin günlərində İrəvan Teatrının fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib
Karantin günlərində İrəvan Teatrının fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib |
Karantin günlərində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ev şəraitində ümumi fəaliyyətinin tənzimlənməsinin təşkili və bu qəbildən olan həlli vacib digər məsələlərin müzakirələrinə həsr edilmiş videokonfrans keçirilib.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Onlayn keçirilən konfransı teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev açaraq bildirib ki, ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında təşkil olunmuş Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq mövcud karantin vəziyyətində insanların asudə vaxtının təşkili üçün Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdirilən “Evdə qal, tamaşa izlə” kreativ layihə çərçivəsində teatrımız tərəfindən sosial şəbəkə üzərindən aprel ayı üçün nəzərdə tutulmuş repertuar çərçivəsində izləyicilərə tamaşalar təqdim olunur. Eyni zamanda, teatrda paralel olaraq Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Qoşqar Narqabilin “Rəis və beş dul qadın” və U.Şeksprin “Kral Lir” əsərlərin yaranmış vəziyyətə görə dayandırılmış məşqləri aprelin 18-dən “Zoom” proqramı vasitəsilə davam etdirilir. İftixar Piriyev Mədəniyyət naziri Əbülfəs Qarayevin mövcud vəziyyətlə əlaqədar teatrların fəaliyyətinə həsr olunmuş onlayn toplantısında səsləndirdiyi tələb və tövsiyələri, eyni zamanda digər önəmli məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, konfransda nazir İrəvan Teatrı haqqında çox yüksək fikirlər söyləyib, onun təmirindən danışıb. İftixar Piriyev əminliklə qeyd edib ki, irəlidə İrəvan Teatrının binasının açılış mərhələsi yaxınlaşır: "Prezidentimizin sayəsində biz bu böyük sevinci yaşaya biləcəyik. Açılışdan sonra normal teatr həyatı sürə biləcək bir kollektiv olaraq daha böyük əzmlə çalışacağıq. Bizi - illərdir çoxdan arzusunda olduğumuz, tarixində heç bir vaxt özünün evi olmayan bu qocaman, doğma sənət ocağının qarşıda çox nəhəng, gözəl, bütün standartlara cavab verən bir binasının açılışı gözləyir. Bir sənət adamı olaraq düşünürəm ki, bundan böyük nə ola bilər, biz daha hansı xoşbəxtliyi arzu edə bilərik? Biz hər zaman aktiv olmuşuq, vaxt olub ki, ən çətin şəraitdə məşqlər etmişik. Bir gündə üç-dörd məşq aparan vaxtlarımız olub. Bir ayda 12 premyera təqdim eləmişik. İrəvan Teatrı ən çətin vəziyyətlərdə ekstremal hallardan çıxa biləcək imkana malik olduğu üçün, indiki vəziyyətdə də evdə oturmağımıza baxmayaraq, biz repertuarımızı dəyişməyərək, planda nəzərdə tutulan U.Şeksprin “Kral Lir” tamaşası ilə bərabər repertuarımızda olan məşqləri davam etdiririk. Bu da bizim teatrın hərəkətdən qalmamasına, çətinlikdən qorxmamasına bir işarədir". Daha sonra konfransda çıxış edən teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyev koronavirusla mübarizədə insanlara yardım edən həkimləri alqışlamağı təklif edib. Direktor müavini Zivər Abbasova, ədəbi hissə müdiri Nərminə Ağayeva, truppa müdiri Müdvər Nemətova, rejissor Nicat Mirzəzadə, Əməkdar artistlər Esmiralda Şahbazova, Tünzalə Əliyeva, Xatirə Süleymanova və teatrın bütün kollektivi çıxış edərək sağlamlığımız üçün yaratdığı şəraitə görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər. Geri dön |