Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Amnesty İnternational: "İran və Ərəbistan 2019-cu ildə edam hökmlərinə görə Yaxın Şərqdə rekord qırıb"
Amnesty İnternational: "İran və Ərəbistan 2019-cu ildə edam hökmlərinə görə Yaxın Şərqdə rekord qırıb" |
Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) 2019-cu ildə Səudiyyə Ərəbistanı və İran başda olmaqla, bir neçə ölkədə qeydə alınmış edam hökmlərinin sayı ilə bağlı hesabat yayıb.
Hesabata əsasən, ən çox edam hökmü qeydə alınan ölkələrdən biri 184 nəfərlə Ərəbistandır. Rəsmi Riyadın bir çox hallarda öz müxaliflərini fiziki olaraq yox etmək üçün onlara qarşı edam hökmü çıxarılması sənəddə kəskin pislənir. İran isə 251 edam icrası ilə Çindən sonra düynya üzrə 2-ci yerdə qərarlaşıb. Çin edam icraları ilə bağlı statistikanı məxfi saxlayır. Lakin hesabatda bu ölkənin 2019-cu il ərzində azı 1000, İraqın 100, Misirin isə 32 nəfəri edam etdiyi qeyd edilir. Yuxarıda sadalanan ölkələrin hamısı 2019-cu ildə dünya üzrə ən çox edam hökmü icra edən ölkələr kimi qeydə alınıblar. Amnesty İnternational hesabatında qəti olaraq Səudiyyə Ərəbistanını edam hökmündən öz siyasi müxaliflərini yox etmək üçün siyasi alət kimi istifadə etdiyini vurğulayıb. Hesabatda həmçinin Əfqanıstan, Tayland, Tayvan və digər bu kimi ölkələrdə 2019-cu ildə son 2011-ci ildən bu yana ilk dəfə olaraq edam hökmü icra edilmədiyi bildirilir. Amnesty İnternational sənədin sonunda edam hökmünü utanc verici və qeyri-insani adlandıraraq, onun cinayətlərin azalmasında həbs hökmündən daha təsirli olduğuna dair heç bir göstəricinin mövcud olmadığını bəyan edib. Geri dön |