Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Urartuca danışan 35 adamdan biri
Urartuca danışan 35 adamdan biri |
Türkiyənin Van vilayətindəki Gürpınar rayonunda yerləşən tarixi Urartu qalasında 49 ildir bir gözətçi işləyir.
O, həm də dünyada urartu dilini bilən nadir insanlardan biri Mehmet Kuşmandır. 73 yaşlı Mehmet Kuşman əla bildiyi Urartu dilini gələcək nəsillərə çatdırmağa çox çalışır. Ancaq hələ ki, buna nail ola bilmir. O, bu dili təbliğ etmək üçün Urartu dilində, həmin dilin əlifbası ilə lövhələr və bəzək əşyalarının üzərinə yazılar yazıb satır. Üstəlik, Urartu dilini böyük oğluna da öyrədir. M.Kuşman deyb ki, indi dünyada Urartu dilini bilən 35 adam var, onlardan biri də odur: «Daş lövhələrin üzərinə Urartu dilində yazılar yazıb satıram. Bu da bir gəlir mənbəyimdir. Bu dili başqalarına öyrətmək üçün dəfələrlə rəsmi qurumlara müraciət etmişəm. Fəqət, bir cavab almamışam. Dilin yaşaması üçün əlimdən gələni edəcəyəm». Geri dön |