Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Körfəz ölkələrində koronavirusa yoluxma və ölüm halları artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Körfəz ölkələrində koronavirusa yoluxma və ölüm halları artıb

Körfəz ölkələrində koronavirusa yoluxma və ölüm halları artıb


Aprelin 21-də Körfəz ölkələrində COVID-19 virusuna yoluxma və ölüm halları artıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında koronavirusa 1147 nəfər yoluxub, 5 ölüm faktı qeydə alınıb. Beləliklə, Krallıqda indiyədək COVID-19 virusuna yoluxanların sayı 11 631 nəfərə çatıb, 108 pasiyent isə həyatını itirib.

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi son sutka ərzində 30 min nəfəri koronavirus testindən keçirib və onların 490-da virus aşkarlanıb. Bu ölkədə indiyədək COVID-19 virusuna 8125 yoluxma, 39 ölüm faktı qeydə alınıb.

Digər Körfəz ölkələrində də koronavirusa yoluxma və ölüm halları artıb. Bəhreyndə indiyədək 1973 nəfərin koronavirusa yoluxduğu, 7 pasiyentin isə həyatını itirdiyi bildirilir. Bu ölkədə əcnəbi fəhlələrin testdən keçirilməsi məqsədilə onlara xüsusi karantin xəstəxanası ayrılıb, həmçinin Ramazan tədbirləri ləğv edilib.
Küveytdə ötən sutkada COVID-19 virusuna 85 nəfər yoluxub, iki insan isə həyatını itirib. Bu ölkədə indiyədək koronavirusa 2080 yoluxma, 11 ölüm faktı qeydə alınıb.

Omanda isə aprelin 21-də koronavirusa 144 yoluxma qeydə alınıb. Bu ölkədə indiyədək COVID-19 virusuna 1410 nəfər yoluxub, 7 pasiyent isə həyatını itirib.

Geri dön